• cümə axşamı, 18 aprel, 22:04
  • Baku Bakı 21°C

Azərbaycan taekvandoçuları Avropa çempionatının ikinci günündə 10 medal qazanıb

08.02.18 09:50 950
Azərbaycan taekvandoçuları Avropa çempionatının ikinci günündə 10 medal qazanıb
Türkiyənin İstanbul şəhərində keçirilən Avropa çempionatının ikinci günü Azərbaycan taekvandoçuları uğurlu çıxış edərək 10 medal qazanıb.
"Report" Azərbaycan Taekvondo Federasiyasına istinadən xəbər verir ki, gənclərdən ibarət milli yığma komandanın idmançıları - Cavad Ağayev (-63 kg) və Taleh Süleymanov (-73 kq), qızlardan Minayə Əkbərova (-44 kq) və Sevda Pirseyidova (- 49 kq ) yarışın qızıl medalını qazanıblar.
Komandanın digər üzvlərindən Xanoğlan Kərimov (-48 kg ), Ayaz Qənbərli (-51kq) və Ofeliya Allahverdiyeva (- 42 kq) finalda məğlub olaraq gümüş medala sahib olublar.
Nihad Abbasov (- 45 kg), Bəhruz Quluzadə (-48 kq) və Yaşar Məmmədli (-51 kq) isə yarışı yarımfinal mərhələsində başa vuraraq bürünc medala layiq görülüb.
banner

Oxşar Xəbərlər