• cümə, 29 Mart, 19:34
  • Baku Bakı 14°C

Azərbaycan Superkuboku Türkiyədə keçirilə bilər

12.07.13 16:24 1461
Azərbaycan Superkuboku Türkiyədə keçirilə bilər
Peşəkar Futbol Liqasının prezidenti Ramin Musayev Azərbaycan Superkuboku uğrunda oyunun keçirilməsinə aydınlıq gətirib.
Apasport.az saytının məlumatına görə, həmin matçın iştirakçıları olan “Neftçi” və “Xəzər Lənkəran”ın II təsnifat mərhələsində ilk görüşlərinin evdə olacağı halda, Superkuboku mütləq keçirməyi nəzərdə tutduqlarını bildirib.
Ancaq “Neftçi”nin Çempionlar Liqasında Albaniyanın “Skenderbeu” ilə ilk matçı evdədirsə, “Xəzər Lənkəran” Avropa Liqasında Hayfa “Makkabi”si ilə ilk oyununu səfərdə keçirəcək: “İlk qarşılaşmaların hər ikisi evdə olsaydı, Superkuboku mütləq keçirəcəkdik. Klubların istəyindən asılı olmayaraq. Kubok, medallar da hazırdır. Ancaq avrokuboklarda ilk oyunların məkanı fərqli olduğundan, keçirə bilmədik. Tarixi indidən demək olmur”.
Musayev Superkubokun klubların qış fasiləsində təlim-məşq toplanışı keçdiyi Türkiyədə keçirilməyi ilə bağlı təklifi dəstəkləyib: “Bu, gözəl fikirdir. Jurnalistləri apara bilərik, bəs azarkeşləri nə edək? Əslində, Superkubok oyununun Türkiyədə keçirilməyini “Xəzər Lənkəran”ın fəxri prezidenti Mübariz Mənsimov da təklif etmişdi”.
banner

Oxşar Xəbərlər