• cümə axşamı, 18 aprel, 14:57
  • Baku Bakı 22°C

Azərbaycan sülhməramlılarının bir qrupu Əfqanıstana yola salınıb

11.01.17 13:50 672
Azərbaycan sülhməramlılarının bir qrupu Əfqanıstana yola salınıb
NATO-nun Əfqanıstanda həyata keçirdiyi "Qətiyyətli dəstək" qeyri-döyüş missiyasının tərkibində fəaliyyət göstərmək üçün Azərbaycan Respublikası Silahlı Qüvvələrinin 41 hərbi qulluqçusu plana uyğun olaraq rotasiya qaydasında Əfqanıstana yola salınıb.
Bu barədəAPA-ya Müdafiə Nazirliyindən məlumat verilib.
Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Əfqanıstandakı sülhməramlı missiyası 2002-ci il noyabrın 20-dən başlayıb.
Hazırda Azərbaycan Respublikası Silahlı Qüvvələrinin 90 hərbi qulluqçusu, 2 hərbi həkimi və mühəndis-istehkam ixtisası üzrə 2 zabiti Əfqanıstandakı missiyada iştirak edir.
banner

Oxşar Xəbərlər