• cümə, 29 Mart, 19:43
  • Baku Bakı 14°C

Azərbaycan sülhməramlılarını Əfqanıstandan çıxarır

23.05.13 09:31 1428
Azərbaycan sülhməramlılarını Əfqanıstandan çıxarır
NATO Parlament Assambleyasının (PA) yaz sessiyasında Azərbaycanın Əfqanıstanda xidmət edən sülhməramlı taqımı ilə bağlı məsələ də qaldırılıb.
APA-nın məlumatına görə, bu barədə Azərbaycanın NATO PA-da nümayəndə heyətinin rəhbəri, Milli Məclisin birinci vitse-spikeri Ziyafət Əsgərov bildirib.
Z. Əsgərov qeyd edib ki, NATO PA-da 2014-cü ildə ABŞ-ın, ümumiyyətlə NATO üzvü və tərəfdaş ölkələrə məxsus qüvvələrin Əfqanıstandan çıxarılması, orada təhlükəsizliyin yerli silahlı qüvvələr tərəfindən təmin olunması məsələsi qaldırılıb: “Düzdü, suallar doğdu ki, biz oradan çıxandan sonra təhlükəsizliklə bağlı problemlər və s. yarana biləcək. Amma yekunda qərar o oldu ki, NATO qüvvələri, o cümlədən bizim 94 nəfərlik taqımımızın gələn ilin əvvəlindən Əfqanıstandan çıxarılmasına başlanılacaq”.
banner

Oxşar Xəbərlər