• çərşənbə, 24 Aprel, 23:33
  • Baku Bakı 23°C

Azərbaycan SQ-nin ermənilərin yük maşınını atəşə tutması yalandır

13.04.18 10:50 524
Azərbaycan SQ-nin ermənilərin yük maşınını atəşə tutması yalandır
Azərbaycan Silahlı Qüvvələri (SQ) tərəfindən Ermənistanın sərhəd Baqanis kəndində mülki yük maşınının atəşə tutulması barədə Ermənistanın yaydığı məlumat yalandır.
Bu barədə Trend-in sorğusuna cavab olaraq Azərbaycan Müdafiə Nazirliyinin mətbuat xidmətinin rəhbəri Vaqif Dərgahlı deyib.
Qeyd edək ki, Ermənistanın Müdafiə Nazirliyinin mətbuat katibi Artsurun Ovannisyan özünün "Facebook" səhifəsində məlumat yayıb ki, guya Azərbaycan SQ Ermənistanın Baqanis sərhəd kəndində mülki yük maşınını atəşə tutub.
banner

Oxşar Xəbərlər