• şənbə, 20 Aprel, 05:16
  • Baku Bakı 15°C

Azərbaycan son 20 ildə tam müstəqil siyasət yeridib - Morninqstar

23.04.14 09:01 1093
Azərbaycan son 20 ildə tam müstəqil siyasət yeridib - Morninqstar
“Azərbaycan son 20 ildə keçmiş sovet ölkələri arasında tam müstəqil siyasət yeridib. Heç kimin nəzarətində olmayıb. Bu, bizim üçün çox mühüm məsələdir. Bəs Bakı-Tiflis-Ceyhan layihəsi olmasa idi, Azərbaycan müstəqilliyini saxlaya bilərdimi? Eyni zamanda yeni enerji layihələri də Azərbaycanın müstəqilliyinə yardım göstərir”.
“APA-Economics”in məlumatına görə, bunu bu gün Bakında keçirilən I Beynəlxalq Xəzər Enerji Forumundakı çıxışında ABŞ-ın Azərbaycandakı səfiri Riçard Morninqstar deyib.
Səfir Amerikanın Avropaya qaz ixracına məsələsinə toxunub. O, qeyd edib ki, bununla bağlı ABŞ prezidenti Barak Obama da çıxıb edib: “Amerika qazını Avropaya göndərməyi gözləyir. Lakin bunun üçün öncə lisenziya alınmalıdır. Hərçənd bütün bunların Azərbaycana təsir edəcəyini düşünmürük. Çünki biz enerji mənbələrini şaxələndirməliyik. Amerika qazına da, Xəzər qazına da tələbat var”.
banner

Oxşar Xəbərlər