• cümə, 19 Aprel, 19:10
  • Baku Bakı 24°C

Azərbaycan snayper tüfənglərinin çeşidini artırır

16.09.14 15:30 1141
Azərbaycan snayper tüfənglərinin çeşidini artırır
Azərbaycan Müdafiə Sənayesi Nazirliyi (MSN) yerli snayper tüfənglərinin çeşidini artırır.
Müdafiə sənayesi nazirinin müşaviri Azad Məmmədov APA-ya bildirib ki, Bakıda ötən həftə keçirilmiş ADEX-2014 I Azərbaycan Müdafiə Sənayesi Sərgisində MSN mühəndisləri tərəfindən yaradılmış və nazirliyin müəssisələrində istehsal olunan 4 snayper tüfəngi nümayiş olunub.
Azərbaycanda istehsal edilən snayper tüfənglərindən ikisi – 14.5 mm çaplı «İstiqlal» və 12.7 mm çaplı «Mübariz» snayper tüfəngləri anti-material xüsusiyyətə malikdir.
Müşavirin sözlərinə görə, digər iki snayper tüfəngi isə 2012-ci ilin sonlarında ilk dəfə təqdim edilmiş «Yalquzaq» snayperi və ilk dəfə ADEX-2014 sərgisində nümayiş etdirilən «Yırtıcı» adlı snayper tüfəngidir.
banner

Oxşar Xəbərlər