AZE | RUS | ENG |

Azərbaycan şirkətləri Çinə ixracı genişləndirir

Azərbaycan şirkətləri Çinə ixracı genişləndirir
İqtisadiyyat Nazirliyinin dəstəyi, Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondunun (AZPROMO) təşkilatçılığı ilə Azərbaycanda istehsal olunan şərab və digər spirtli içki məhsulları Çinin Şanxay şəhərində təşkil olunmuş "Prowine China” beynəlxalq şərab sərgisində nümayiş olunur.
İqtisadiyyat Nazirliyindən Trend-ə verilən məlumata görə, sahəsi 120 kvadrat metr olan vahid ölkə stendində təqdim olunan 120 çeşiddən çox şərab və digər spirtli içkilər sərgi ziyarətçiləri, xarici şirkətlər tərəfindən böyük maraqla qaşılanır.
Artıq "Azəri Şərab” şirkəti Çinin Şanxay şəhərində faəliyyət göstərən şirkətlə 3 mln. ABŞ dolları dəyərində spirtli içkilərin ixracına dair müqavilə bağlayıb. Azərbaycanın "A+Co”, "Cəlilabad Şərab-2”, "Tovuz Baltiya”, "Merit-Brand”, "Şərq Ulduzu”, "Aspi-Aqro”, "Gəncə Şərab-2”, ”Fireland” şirkətləri istehsal etdikləri məhsulların ixracına dair danışıqlar aparıb, ilkin razılıq əldə ediblər.

"Şirvan” şirkətinin istehsal etdiyi məhsullar Yaponiya və Çindən olan şirkətlərin marağına səbəb olub və artıq məhsulların bu ölkələrə ixracına dair ilkin razılığa gəlinib.
Qeyd edək ki, "Prowine China” beynəlxalq şərab sərgisi bu gün başa çatır.



Paylaş:

Facebook-da

Reklam

Xəbər lenti

Valyuta məzənnəsi

Tipi Ədə. Adı AZN
USD 1 1 ABŞ dolları 1.7000
EUR 1 1 Avro 1.9314
GEL 1 1 Gürcüstan larisi 0.6377
GBP 1 1 İngiltərə funt sterlinqi 2.1474
IRR 100 100 İran rialı 0.0040
SEK 1 1 İsveç kronu 0.1875
CHF 1 1 İsveçrə frankı 1.7103
KWD 1 1 Küveyt dinarı 5.5887
TRY 1 1 Türkiyə lirəsi 0.3176