• şənbə, 20 Aprel, 06:20
  • Baku Bakı 14°C

Azərbaycan şirkəti Gürcüstanda ilin ən yaxşısı oldu

01.06.13 12:29 1610
Azərbaycan şirkəti Gürcüstanda ilin ən yaxşısı oldu
Mayın 30-da Tbilisidə Gürcüstanda fəaliyyət göstərən ən yaxşı şirkətlərin mükafatlandırılması mərasimi keçirilib. Dövlət Neft Şirkətindən (ARDNŞ) APA-ya verilən məlumata görə, artıq 16-cı dəfədir keçirilən bu tədbir Gürcüstanın Maliyyə Nazirliyi, Beynəlxalq Ticarət Palatası, Gürcüstan Biznes Assosiasiyası, ABŞ və Gürcüstan ticarət palatalarının dəstəyi ilə təşkil edilib.
Gürcüstanın “Qorbi” ictimai rəy və marketinq tədqiqatları şirkətinin tərtib etdiyi biznes reytinqinə əsasən ölkədə fəaliyyət göstərən və Gürcüstan iqtisadiyyatının liderləri olan 25 ən uğurlu şirkət müəyyənləşdirilib. Anonim səsvermə yolu ilə keçirilən final mərhələsində “SOCAR Energy Georgia” respublikanın ən yaxşı şirkəti seçilib. Şirkətin baş direktoru Mahir Məmmədov isə ən yaxşı rəhbər adına layiq görülüb. “SOCAR Energy Georgia” şirkəti “Əhali arasında yüksək populyarlıq”, “Ölkə büdcəsinə böyük töhfələr”, “Beynəlxalq xidmət standartı”, “Müasir texnologiyalar”, “Keyfiyyətin təminatı”, “Yeni iş yerləri”, “İnvestisiya cəlbediciliyi”, “Təhsil və səhiyyə sahəsində xeyriyyəçilik” nominasiyalarında qalib gəlib.
Qeyd edək ki, ARDNŞ-nin Gürcüstandakı bu törəmə müəssisəsi artıq altı ildir dalbadal “ən yaxşı şirkət” adına layiq görülür.
banner

Oxşar Xəbərlər