• cümə, 19 Aprel, 18:58
  • Baku Bakı 24°C

Azərbaycan Sinqapur və Malayziyanın təcrübəsindən istifadə edəcək - Prezidentin köməkçisi

25.06.16 13:14 1284
Azərbaycan Sinqapur və Malayziyanın təcrübəsindən istifadə edəcək - Prezidentin köməkçisi
P
"Aparılacaq islahatların institutsional hissəsi-qanunvericilik və inzibatçılıq sahəsində olan hazırlıq tədbirlərini bu ilin sonuna qədər başa çatdıracağıq".
Fins.az-ın "Report"a istinadənməlumatına görə, bunu Azərbaycan Respublikası Prezidentinin İqtisadi islahatlar üzrə köməkçisi Natiq Əmirov "ASAN radio"nun "QəbulASAN” verilişində bildirib.
O deyib ki, iqtisadi islahatlar aparılan zaman Cənub-Şərqi Asiya ölkələrinin təcrübəsindən yararlanmaq planlaşdırılır: "Azərbaycanda iqtisadi islahatları aparmaq üçün dünyanın ən qabaqcıl təcrübələrindən istifadə etməyə çalışırıq. İqtisadi islahatların əsas məqsədi iqtisadiyyatın çoxşaxəliliyini (diversifikasiya) həyata keçirməkdir. Dünyada neft istehsal edən ölkələrin hamısı belə islahatlar keçirməyə cəhd göstərib. Amma Norveçdən başlamış Yaxın Şərq ölkələrinə qədər demək olar, heç bir ölkə iqtisadiyyatın neftdən asılılığına son qoya bilməyib. Çünki, bu, çox böyük zaman və vəsait tələb edən ağır prosesdir."
Onun sözlərinə görə, neft iqtisadiyyatını qeyri-neft iqtisadiyyatına ən uğurlu transformasiya edən ölkə Malayziya və Dubay Əmirliyidir: "Çox sayda yerli və xarici ekspertin, məsləhətçinin cəlb edildiyi işçi qrupu fəaliyyət göstərir. Əsasən Malayziya və Sinqapur kimi Cənub Şərqi Asiya ölkələrinin uğurlu təcrübəsindən yararlanmağa çalışırıq”.
banner

Oxşar Xəbərlər