• cümə, 19 Aprel, 14:11
  • Baku Bakı 25°C

Azərbaycan Səudiyyə Ərəbistanında Trampın iştirakı ilə keçiriləcək sammitə dəvət olunub

15.05.17 19:32 810
Azərbaycan Səudiyyə Ərəbistanında Trampın iştirakı ilə keçiriləcək sammitə dəvət olunub
Azərbaycan Səudiyyə Ərəbistanında ABŞ prezidenti Donald Trampın iştirakı ilə keçiriləcək Ərəb-İslam sammitinə dəvət olunub.

APA-nın "Al-Arabiya”ya istinadən verdiyi məlumata görə, sammit mayın 21-də Ər-Riyad şəhərində baş tutacaq.

Körfəz Əməkdaşlıq Şurasına üzv altı ölkə ilə yanaşı Türkiyə və Azərbaycan daxil olmaqla, 18 müsəlman ölkəsinin liderləri sammitə dəvət olunub.İran sammitə dəvət edilməyib.
banner

Oxşar Xəbərlər