• çərşənbə, 17 Aprel, 02:19
  • Baku Bakı 14°C

Azərbaycan Şərq İqtisadi Forumunda iştirak edir

04.09.19 16:53 1464
Azərbaycan Şərq İqtisadi Forumunda iştirak edir
Sentyabrın 4-dən 6-dək Vladivostokda növbəti dəfə Şərq İqtisadi Forumu (WEF) keçirilir.
Trend-in təşkilatçılara istinadən verdiyi məlumata görə, Rusiyada keçirilən foruma Azərbaycan da daxil olmaqla, dünyanın 60-dan çox ölkəsindən nümayəndə qatılacaq.
Qeyd edək ki, ötən il WEF-in işində 6 mindən çox iştirakçı və 100-dən çox media nümayəndəsi iştirak etmişdi. Qonaqların əsas hissəsi Asiya-Sakit Okean bölgəsinin sakinləri olub.
Getdikcə beynəlxalq əhəmiyyətini artıran Şərq İqtisadi Forumu səmərəliliyin davamlı artımını nümayiş etdirir. Ümumilikdə, təşkilatçılar Forumda ən azı 3 trilyon rubl dəyərində 200-dən çox müqavilənin imzalanmasını gözləyirlər.
2015-ci ildə qurulan beynəlxalq Forum bu il beşinci ildönümünü qeyd edir.
banner

Oxşar Xəbərlər