AZE | RUS | ENG |

Azərbaycan sərhədini pozan ermənilər saxlanılıb

Azərbaycan sərhədini pozan ermənilər saxlanılıb
Onlar qayıqlarla dövlət sərhəddini keçərkən tutulublar

Dövlət Sərhəd Xidmətinin (DSX) əməkdaşları Ağstafa rayonu ərazisindəki Ağgöl gölündə dövlət sərhədini pozmuş 6 Gürcüstan vətəndaşını sərhəd pozucusu qismində saxlayıb. Hadisə sentyabrın 23-də baş verib. Gürcüstan vətəndaşları 1 ədəd rezin və 1 ədəd dəmir qayıqla dövlət sərhədini pozarkən Azərbaycan sərhədçiləri tərəfindən saxlanılıb. İlkin araşdırma zamanı sərhəd pozucularının Gürcüstan vətəndaşları - 1962-ci il təvəllüdlü Xixityaşvili Zurab Konstantinoviç, 1954-cü il təvəllüdlü Qoqilyadze Nodar Sergeyeviç, 1976-cı il təvəllüdlü Zabiyev Valeri Kiktaroviç, 1943-cü il təvəllüdlü Arzumov Eduard Martinoviç, 1948-ci il təvəllüdlü Lexandiyan Sergey Suriyanoviç və 1948-ci il təvəllüdlü Sarkisyan Mişa Haykoviç olduğu müəyyənləşdirilib. Hazırda faktla bağlı araşdırma tədbirləri davam etdirilir.

Paylaş:

Facebook-da

Reklam

Xəbər lenti

Valyuta məzənnəsi

Tipi Ədə. Adı AZN
USD 1 1 ABŞ dolları 1.7
EUR 1 1 Avro 1.9202
GEL 1 1 Gürcüstan larisi 0.631
GBP 1 1 İngiltərə funt sterlinqi 2.2177
IRR 100 100 İran rialı 0.004
SEK 1 1 İsveç kronu 0.1838
CHF 1 1 İsveçrə frankı 1.6833
KWD 1 1 Küveyt dinarı 5.5906
TRY 1 1 Türkiyə lirəsi 0.2949