• çərşənbə axşamı, 19 mart, 11:24
  • Baku Bakı 8°C

Azərbaycan şərabları “Prowein” Sərgisində təqdim olunur - Fotolar

19.03.17 13:47 871
Azərbaycan şərabları “Prowein” Sərgisində təqdim olunur - Fotolar
Azərbaycan məhsulları ilk dəfə olaraq "Made in Azerbaijan” vahid ölkə stendi ilə Almaniyanın Düsseldorf şəhərində keçiriləcək "Prowein” sərgisində nümayiş olunur.
19-21 mart tarixlərini əhatə edəcək "Prowein” sərgisində İqtisadiyyat Nazirliyinin dəstəyi, Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondunun (AZPROMO) təşkilatçılığı ilə Azərbaycan şərabları və spirtli içkiləri təqdim edilir.

Qeyd edək ki, İqtisadiyyat Nazirliyi tərəfindən Düsseldorfda keçirilən "Prowein” sərgisində iştirak edən şirkətlərin seçilməsi üçün müsabiqə keçirilib və 9 şirkət sərgidə iştirak hüququ qazanıb."Prowein” sərgisində "Made in Azerbaijan” vahid ölkə stendinin təşkili xərcləri Azərbaycan Respublikası Prezidentinin 5 oktyabr 2016-cı il tarixli Fərmanına uyğun olaraq, dövlət tərəfindən qarşılanır.




banner

Oxşar Xəbərlər