AZE | RUS | ENG |

Azərbaycan səhnəsində bənzərsiz rollar yaradan aktrisa

Azərbaycan səhnəsində bənzərsiz rollar yaradan aktrisa
Xalq artisti Leyla Bədirbəylinin anadan olmasının 99-cu ildönümü tamam olur

Bu gün Azərbaycan teatrının görkəmli nümayəndəsi, milli kino sənətimizin bənzərsiz simalarından biri Leyla Bədirbəylinin anadan olmasının 99-cu ildönümü tamam olur.

AZƏRTAC xəbər verir ki, SSRİ Xalq artisti, Dövlət mükafatı laureatı Leyla Bədirbəyli yaratdığı təkrarsız obrazlarla öz adını Azərbaycan sənət tarixinə yazdırmağı bacaran sənətkarlardandır.

O, 1920-ci ilin yanvarın 8-də Bakıda dünyaya göz açıb. Anası Bikə xanım Şəmkirdə Musa xanın qızı, atası Ağalar bəy isə həmin bölgənin kənd bəylərindən olub.

Balaca Leylanın uşaqlıq illəri Bakıda, İçərişəhərdə keçib. Leyla Bədirbəylinin sənətə gəlməyində anası Bikə xanımın böyük rolu olub. Belə ki, həmin illərdə Əli Bayramov klubundakı qadınlar dərnəyinə gedən Bikə xanım böyük qızı Leylanı da özü ilə aparırmış. Rəqsə böyük maraq göstərən gələcəyin məşhur aktrisasının istedadının üzə çıxdığı ilk sahə də məhz rəqs olur. Xüsusi rəqs bacarığına sahib olan L.Bədirbəyli Azərbaycan Dövlət Filarmoniyasına dəvət edilir.

Filarmoniyada çalışdığı illərdə "Ayna” və "Bakının işıqları” filmlərində rol alan Leyla Bədirbəyli 1941-ci ildə 21 yaşında Azərbaycan Dövlət Akademik Milli Dram Teatrına dəvət edilir. O, 33 il bu sənət məbədinin səhnəsində bir-birindən fərqli qadın obrazları yaradıb. Azərbaycan teatrının inkişafında Leyla Bədirbəylinin xidmətləri həmişə xatırlanır. O, milli teatrımızın səhnəsində yaratdığı Sara ("Solğun çiçəklər”), Solmaz ("Od gəlini”), Şəlalə ("Yalan”), Dezdemona ("Otello”), Liza ("Canlı meyit”), Nərminə ("Göz həkimi”) və digər bu kimi obrazları ilə mədəniyyət tariximizin qızıl səhifələrini yazıb.

Kino sahəsində o qədər tanınmayan bu xanımın parlamağında Üzeyir Hacıbəylinin rolu danılmazdır. Belə ki, 1945-ci ildə "Arşın mal alan” filmi çəkilərkən Rza Təhmasib Gülçöhrə rolu üçün gözəl xarici görünüşə malik qız axtarırmış. Məhz Üzeyir Hacıbəylinin tövsiyəsindən sonra Leyla Bədirbəyli bu rola təsdiqlənir.

Əlbəttə, Leyla Bədirbəylinin Azərbaycan kinosunun inkişafındakı fədakar xidməti təkcə Gülçöhrə ilə bağlı deyil. İstedadlı aktrisa 50-yə yaxın filmdə, o cümlədən "Səbuhi”, "Fətəli xan”, "Dəli Kür”, "Sevil”, "Onun böyük ürəyi”, "Dərviş Parisi partladır” filmlərində unudulmaz, yaddaqalan obrazlar yaradıb.

"Azərbaycan gözəli” adını almış aktrisa 1999-cu il noyabrın 23-də vəfat edib və Fəxri xiyabanda dəfn olunub.





Paylaş:

Facebook-da

Xəbər lenti

Valyuta məzənnəsi

Tipi Ədə. Adı AZN
USD 1 1 ABŞ dolları 1.7
EUR 1 1 Avro 1.9097
GEL 1 1 Gürcüstan larisi 0.6164
GBP 1 1 İngiltərə funt sterlinqi 2.131
IRR 100 100 İran rialı 0.004
SEK 1 1 İsveç kronu 0.1794
CHF 1 1 İsveçrə frankı 1.7038
KWD 1 1 Küveyt dinarı 5.5896
TRY 1 1 Türkiyə lirəsi 0.2896