• cümə, 29 Mart, 17:03
  • Baku Bakı 14°C

Azərbaycan səfirliyinin komandası Rusiyada mini-futbol turnirində ikinci yeri tutub

11.02.18 13:45 1044
Azərbaycan səfirliyinin komandası Rusiyada mini-futbol turnirində ikinci yeri tutub
Moskva ətrafındakı "Moscow Country Club” qolf-klubda Rusiyada Diplomatiya Gününə həsr olunmuş XVIII Qış Diplomatik İdman Oyunları keçirilib.
APA-nın Moskva müxbirinin verdiyi məlumata görə, təntənəli açılış mərasimində Rusiya xarici işlər naziri Sergey Lavrovun oyunların iştirakçılarına məktubu oxunub.
Rusiya XİN başçısı həmkarlarına idman nailiyyətləri arzulayıb və bu cür tədbirlərin diplomatik korpusda qarşılılıqlı anlaşma üçün yaxşı vasitə olduğunu bildirib.
Oyunlarda 20 ölkənin, eləcə də Avropa İqtisadi Komissiyasının 20-dən çox komandası yarışıb. Diplomatlar güclərini biatlon, xokkey, xizəksürmə, stolüstü tennis, bilyard, mini-futbol yarışlarında sınayıblar. Azərbaycanın Rusiyadakı səfirliyinin komandası mini-futbol yarışlarına qatılıb. Bütün mərhələləri uğurla keçən komanda 20 diplomatik nümayəndəliyinin yarışdığı turnirdə finalda Qırğızıstan komandasına məğlub olaraq ikinci yeri tutub. Üçüncü yerə isə Cənubi Koreya səfirliyinin komandası layiq görülüb.
banner

Oxşar Xəbərlər