• cümə axşamı, 25 aprel, 19:54
  • Baku Bakı 21°C

Azərbaycan səfirliyinin bəyanatı Misir qəzetlərində dərc edilib

17.06.19 11:23 521
Azərbaycan səfirliyinin bəyanatı Misir qəzetlərində dərc edilib
Milli Qurtuluş Günü ilə bağlı Azərbaycanın Misirdəki səfirliyinin bəyanatı bu ölkənin nüfuzlu qəzetlərində (Əl-Əhram, Əl-Cumhuriyyə, Əl-Diplomacy və sair) dərc olunub.
AZƏRTACxəbər verir ki, bəyanatda SSRİ-nin dağılmasından sonra Azərbaycanın öz müstəqilliyini bərpa etməsindən lakin həmin dövrdə ölkəmizin daxildən və xaricdən təzyiqlərlə üzləşməsindən, 1990-cı illərin əvvəllərində Azərbaycan torpaqlarının 20 faizinin Ermənistan silahlı qüvvələri tərəfindən işğal olunmasından, bir milyondan çox insanın qaçqın və məcburi köçkünə çevrilməsindən bəhs olunur.
Bəyanatda bildirilir ki, 1993-cü ildə xalqın tələbi ilə ümummilli lider Heydər Əliyevin hakimiyyətə qayıdışından sonra ölkədə baş vermiş sosial-iqtisadi və siyasi inkişaf dövlətimizin möhkəmlənməsində, sivil dünyaya sıx inteqrasiya prosesinə qoşulmasında və xalqımızın strateji mənafelərini təmin edən modern cəmiyyətin qurulmasında həlledici rol oynadı. Məhz Ulu Öndərin müdrik siyasəti ilə qısa zaman ərzində dövlətin əsasları gücləndirildi, işğalçı Ermənistan ilə atəşkəslə bağlı razılaşma əldə olundu.
banner

Oxşar Xəbərlər