• cümə, 19 Aprel, 08:20
  • Baku Bakı 13°C

Azərbaycan səfiri türkmənləri təəccübləndirdi

17.05.14 10:29 1303
Azərbaycan səfiri türkmənləri təəccübləndirdi
18 may - Türkmənistanın Konstitusiya Günü və Mahtumqulu Fəraqinin 290 illiyi ilə bağlı keçirilən bayram günləri ərəfəsində Türkmənistanın mərkəzi mətbuat orqanı olan "Neytralnıy Turkmenistan" qəzetinin 17 may 2014-cü il tarixli nömrəsində Azərbaycan Respublikasının Türkmənistandakı səfıri Vəhdət Sultan-zadənin "Xalqın qəlbi - Şairin qəlbi" başlıqlı məqaləsi dərc edilib.
Azərbaycanın Türkmənistandakı səfirliyindən Trend-ə bildiriblər ki, səfır Vəhdət Sultan-zadə ölkə ictimaiyyəti tərəfındən maraqla qarşılanan bu məqaləsində bu günlər Türkmənistanda və dünyanın bir çox ölkəsində geniş qeyd edilən Mahtumqulu Fəraqinin yaradıcılığına və dahi şəxsiyyətinə Azərbaycanda böyük sevgi və hörmət bəslənildiyini, Azərbaycanda son illər ərzində bir neçə dəfə dahi mütəfəkkir və şairin seçilmiş əsərlərinin toplusunun Azərbaycan dilinə tərcümə edildiyini və bunun qardaş türkmən və Azərbaycan xalqları arasında ənənəvi qədim mənəvi bağların daha da möhkəmlənməsinə səbəb olduğunu ifadə edib.
Məqaləsində ölkələrimizin inkişafının müasir mərhələsinə toxunan səfır bu inkişafın sabit yüksəlişini vurğulayıb, xalqlarımızın dönməz və yorulmaz səyləri, habelə Azərbaycan Prezidenti İlham Əliyev və Türkmənistan Prezidenti Qurbanqulu Berdımuxamedovun titanik zəhmətləri nəticəsində Azərbaycan və Türkmənistanın zirvələr fəth etdiyini qeyd edib. Məqalədə hər iki Prezidentin öz ata və babalarının, görkəmli şair və yazıçıların nəsihət və tövsiyələrinə sadiq qalaraq xalqlarını azadlıq, sülh və yaxşılıq dolu gələcəyə doğru apardıqları xüsusi olaraq vurğulanıb.
Qeyd edilməlidir ki, Türkmənistanda akkreditə olmuş diplomatik missiyaların rəhbərləri tərəfındən hazırlanan məqalələrin yerli mətbuat orqanlannda dərc edilməsi hallarına çox az hallarda rast gəlinməsinə baxmayaraq, səfır Vəhdət Sultan-zadənin bu məqaləsi ölkə ictimaiyyəti tərəfındən rəğbətlə qarşılanıb və müsbət rezonans doğurub.
banner

Oxşar Xəbərlər