AZE | RUS | ENG |

Azərbaycan səfiri Qətərin nəqliyyat və rabitə naziri ilə görüşüb

Azərbaycan səfiri Qətərin nəqliyyat və rabitə naziri ilə görüşüb
Azərbaycanın Qətərdəki səfiri Rəşad İsmayılov və Qətərin nəqliyyat və rabitə naziri Cassem bin Saif Al Sulaiti arasında nəqliyyat, informasiya və kommunikasiya texnologiyaları sahələrində iki tərəfli əlaqələrin mövcud vəziyyəti və həmin sahələr üzrə əməkdaşlığın inkişafı yollarının müzakirəsi məqsədilə görüş keçirilib.

Trend-in məlumatına görə, görüşdə ölkəmizin nəqliyyat sektorunda həyata keçirilən irimiqyaslı infrastruktur layihələri o cümlədən, Bakı Beynəlxalq Dəniz Ticarət Limanı kompleksinin, Şərq-Qərb və Şimal-Cənub nəqliyyat dəhlizləri istiqamətində beynəlxalq əhəmiyyətli avtomobil yollarının tikintisi və dəmir yolu xətlərinin yenilənməsi barədə qarşı tərəf məlumatlandırılıb və 2007-ci ildən tikintisinə başlanan Bakı-Tbilisi-Qars dəmir yolu xəttinin keçən ilin oktyabr ayından işə düşdüyü, Avropa və Asiya ölkələri arasında yüklərin daşınmasında tranzit ölkə kimi Azərbaycanın rolunu artırdığı diqqətə çatdırılıb.

Həmçinin, hazırda Şimal-Cənub nəqliyyat dəhlizinin tikintisi üzrə aparılan işlər haqqında məlumat verərək, bu nəqliyyat dəhlizinin Avropa ölkələrinin, Rusiyanın, Orta Asiya və Qafqaz regionlarının Fars Körfəzi və Hindistana çıxışına, Xəzəryanı ölkələrin Qara dəniz limanları ilə ticarət əlaqələrinin intensivləşdirilməsinə şərait yaradacağını bildiriib.

Ölkəmizdə beynəlxalq yükdaşımalarda göstərilən xidmətlərin tarifləri üzrə tətbiq olunan güzəştlər haqqında da məlumat verilib.




Paylaş:

Facebook-da

Reklam

Xəbər lenti

Valyuta məzənnəsi

Tipi Ədə. Adı AZN
USD 1 1 ABŞ dolları 1.7
EUR 1 1 Avro 1.9202
GEL 1 1 Gürcüstan larisi 0.6439
GBP 1 1 İngiltərə funt sterlinqi 2.1929
IRR 100 100 İran rialı 0.004
SEK 1 1 İsveç kronu 0.1835
CHF 1 1 İsveçrə frankı 1.6908
KWD 1 1 Küveyt dinarı 5.5954
TRY 1 1 Türkiyə lirəsi 0.3202