• şənbə, 20 Aprel, 15:55
  • Baku Bakı 23°C

Azərbaycan səfiri Bolqarıstanda Ali Hərbi Dəniz Akademiyası mərkəzinin açılışında iştirak edib

07.08.16 09:00 808
Azərbaycan səfiri Bolqarıstanda Ali Hərbi Dəniz Akademiyası mərkəzinin açılışında iştirak edib
Bolqarıstanın Varna şəhərində yerləşən Nikola Yonkov Vaptsarov adına Ali Hərbi Dəniz Akademiyasında Sahil zonasında interqasiya edilmiş idarəetmə və monitorinq mərkəzinin açılış mərasimi olub.
Azərbaycanın Bolqarıstandakı səfirliyindən "Report”un Şərqi Avropabürosuna verilən məlumata görə, açılış mərasimində ölkəmizin Sofiyadakı səfiri Nərgiz Qurbanova da iştirak edib.
Tədbirə, həmçinin Bolqarıstanın baş naziri Boyko Borisov, müdafiə naziri Nikolay Nençev, ətraf mühitin mühafizəsi və su ehtiyyatları naziri İvelina Vasiliyeva, deputatlar, habelə Bolqarıstanda akkreditə olunan xarici ölkələrin səfirləri və diplomatik korpusların nümayəndələri qatılıblar.
Yeni istifadəyə verilmiş operativ mərkəzin əsas fəaliyyəti dəniz sularının müşahidəsi, neft dağılmalarına qarşı mübarizə və onun nəticələrinin aradan qaldırılmasından ibarətdir. Ümumi dəyəri 1,15 mln avro olan mərkəzin tikintisi Ətraf Mühitin Mühafizəsi və Su Ehtiyatları Nazirliyinin BG02 proqramı çərçivəsində "Avropa İqtisadi Məkanı 2009-2014” təşkilatının maliyyə vəsaiti hesabına həyata keçirilib.
Tədbirin sonunda qonaqlar Ali Hərbi Dəniz Akademiyasının maddi-texniki bazası ilə yaxından tanış olublar.
banner

Oxşar Xəbərlər