Azərbaycan - San Marino oyununun keçiriləcəyi yer dəyişdi
DÇ-2018-in seçmə mərhələsi çərçivəsində sentyabrın 4-də Bakıda
keçiriləcək Azərbaycan - San Marino oyununun stadionu dəyişdirilib.
Kaspi.az AFFA-ya istinadən xəbər verir ki, qarşılaşmanın əvvəlcə Bakı
Olimpiya stadionunda keçirilməsi nəzərdə tutulmuşdu. Federasiya 8-ci km
stadionunda Avropa Liqası turnirinin qrup mərhələsinin oyunlarının keçirilməyəcəyini,
4-cü İslam Həmrəyliyi Oyunlarından sonra Bakı Olimpiya stadionunda Azərbaycan
milli komandasının oyunu üçün hazırlıq prosesinin tam yekunlaşmadığını nəzərə
alaraq, qarşılaşmanın 8-ci km stadionunda təşkil olunması ilə əlaqədar UEFA-ya
müraciət edib və müsbət cavab alıb.
Azərbaycan - San Mariono oyunu üçün Bakı Olimpiya stadionuna bilet
almış şəxslər 28 Mall alış-veriş mərkəzindəki bilet satışı məntəqəsində
biletlərini dəyişə bilərlər.