• çərşənbə axşamı, 19 mart, 08:49
  • Baku Bakı 8°C

Azərbaycan sağlamlıq turizmi Dubayda təqdim olunub

22.02.18 16:31 979
Azərbaycan sağlamlıq turizmi Dubayda təqdim olunub
Fevralın 19-21-də Birləşmiş Ərəb Əmirliklərinin Dubay şəhərində Dubay Əmirliyinin himayəsi ilə "Global Healthcare Travel Forum"-un (Qlobal Sağlıq Turizmi Forumu)növbəti zirvəsi keçirilib. Forumda 50-dın artıq ölkədən 1000-dən artıq nümayəndə iştirak edib. Azərbaycanı bu zirvədə Azərbaycan Sağlamlıq və Termal Turizmə Dəstək Assosiasiyasının (AHTTSA) baş koordinatoru Mirağa Seyidov təmsil edib.
Məlumat üçün qeyd edək ki, Azərbaycan 2013-cü ildən bu qurumda təmsil olunur. 2014-cü ildən isə təşkilatın idarə heyətində fəaliyyət göstərir. Təşkilatın ilk prezidenti Türkiyə Sağlıq Turizmi Konseyi başkanı Emin Çakmak olub. O, hazırda qurumun fəxri prezidentidir. Təşkilatın indiki prezidenti Birləşmiş Ərəb Əmirliklərini təmsil edən "Medical Tourism Council"in sədri xanım Leyla Marzouqidir Zirvə toplantısının açılış mərasimində BƏƏ şəhzadəsi Sheikh Hamdan bin Mohammed bin Rashid Al Maktoum və digər mötəbər hökümət nümayəndələri iştirak etmişdir. Açılışdan sonra forum iki gün boyunca stend nümayişləri, panel və B2B görüşlər formatında davam etdirilib. "Global Healthcare Travel Concil" stendində təmsil olunan AHTTSA sistemli şəkildə öz həmkarlarına Azərbaycan sağlamlıq turizmi potensialı (Abşeron, Naftalan, Qalaalti, Duzdağ, Qəbələ, İstisu və s.) haqda geniş məlumat verib, qonaqlara turizm potensialını əks etdirən cap və elektron reklam-təbliğat materialları paylanıb. Müzakirə olunan aktual mövzular içərisində sağlamlıq turizminə qlobal baxış, qlobal sağlamlıq turizmi destinasiyaları, leqallaşma, tənzimləmə və akreditasiya, təhsil və tədqiqat, sağlamlıq turizmində ölkələrarası əməkdaşlıq, brendinq və marketinq strategiyaları, tibbi turizm olmuşdur. Dubai Qlobal Sağlamlıq Turizmi Forumu iştirakçıları "Təcrübəni yenidən dərk etmə " saölamlıq turizmi mövzu suətrafında cəmləşmişdir. Tədbirin məqsədi səhiyyə və səyahət təcrübəsi sahəsində regional və qlobal bilik və təcrübə mübadiləsi üçün platforma yaratmaq üçün ictimai və özəl səhiyyə və turizm sahələrindən görkəmli liderləri və öncüləri bir araya gətirməkdir. Həmçinin, Forumun məqsədi Dünya miqyasında sağlamlıq turizmi inkişafı təcrübəsini artırmaq məqsədi gələcəyə yönəlmiş çağırışlardan yararlanaraq mədəniyyətlərarası dialoqlarla müsbət nəticələr əldə etməkdən ibarət olmuşdur. Bu Forum eyni zamanda dünyanın müxtəlif ölkələrindən olan sənaye liderləri, sağlamlıq turizmi səfirləri və populyar tibbi turizm yerlərinin uğurlu hekayələrini nümayiş etdirən Səfirlər Sammiti kimi də yadda qaldı. Digər görkəmli məruzəçilər isə qlobal tibbi turizm tətbiqlərini təkmilləşdirmək məqsədilə fikir mübadiləsi və məlumatların mübadiləsi aparacaq beynəlxalq sənaye mütəxəssisləri və tədqiqatçılar idilər. Xatırlatmaq istərdik ki, Azərbaycan Sağlamlıq və Termal Turizminə Dəstək Assosasiyasının prezidenti Ruslan Quliyev bu təşkilatda vitse-prezident postunda təmsil olunur.
banner

Oxşar Xəbərlər