• cümə axşamı, 25 aprel, 01:57
  • Baku Bakı 19°C

Azərbaycan şahmatçısı Bazeldə beynəlxalq turnirin qalibi olub

09.01.17 12:00 1291
Azərbaycan şahmatçısı Bazeldə beynəlxalq turnirin qalibi olub
Azərbaycan şahmatçısı Eltac Səfərli Bazel şəhərində keçirilən beynəlxalq turnirin qalibi olub.
AZƏRTACxəbər verir ki, E.Səfərli 9 turun nəticələrinə görə 7 xal toplayaraq birinci yeri tutub. Son turda o, həmyerlisi Nicat Abbasovla heç-heçə oynayıb. Şahmatçımız çinli Cin Şi Bay və fransalı Kristian Bauerlə eyni xal toplasa da əlavə göstəricilərə görə qalib elan olunub.
Yanvarın 2-8-də keçirilən Beynəlxalq Şahmat Festivalına 107 şahmatçı qatılıb. Azərbaycanı, həmçinin Nicat Abbasov və Vüqar Əsədli təmsil ediblər.
banner

Oxşar Xəbərlər