• cümə axşamı, 25 aprel, 09:45
  • Baku Bakı 14°C

Azərbaycan Şahmat Federasiyasının vitse-prezidenti Beynəlxalq Şahmat Federasiyasının 90-cı konqresində iştirak edib

03.03.20 13:30 1013
Azərbaycan Şahmat Federasiyasının vitse-prezidenti Beynəlxalq Şahmat Federasiyasının 90-cı konqresində iştirak edib
Azərbaycan Şahmat Federasiyasının vitse-prezidenti, Naxçıvan Muxtar Respublikası Şahmat Federasiyasının sədri Seymur Talıbov Beynəlxalq Şahmat Federasiyasının Birləşmiş Ərəb Əmirliklərinin paytaxtı Əbu-Dabidə keçirilən 90-cı konqresində iştirak edib.
AZƏRTAC-ın Naxçıvan bürosu xəbər verir ki, konqresdə "Şahmat Tacı” uğrunda keçiriləcək final oyununun yeri və təxmini tarixi açıqlanıb. Final görüşünün Dubayda "Expo-2020” çərçivəsində keçiriləcəyi və dekabr ayının sonlarında başlanılacağı məlum olub. Beynəlxalq Şahmat Federasiyasının ümumi yığıncağında yeni Nizamnamə təsdiq edilib. Konqresdə federasiyaya yeni üzvlər də qəbul olunub. Bunlar Çad, Ekvatorial Qvineya, Kayman adaları, Qrenada, Sent-Lyusiya, Sent Kits və Nevis federasiyalarıdır. Bununla da üzv ölkələrin sayı 195-ə çatdırılıb. Beləliklə, Beynəlxalq Şahmat Federasiyası hazırda dünyada ən çox üzvə malik dördüncü idman federasiyası olub.
Konqresdə bu il oktyabr ayında Naxçıvan şəhərində keçiriləcək on altı yaşadək şahmatçılar arasında Ümumdünya Şahmat Olimpiadası ilə bağlı məsələlər də müzakirə edilib.
banner

Oxşar Xəbərlər