• çərşənbə axşamı, 19 mart, 09:01
  • Baku Bakı 8°C

Azərbaycan sahibkarları Çexiyaya dəvət olunub

24.03.18 18:50 820
Azərbaycan sahibkarları Çexiyaya dəvət olunub
Bu ilin 26-27 aprel tarixlərində Çexiyanın Praqa şəhərində "Praqa İşgüzar Görüşləri” adlı maliyyə-iqtisadi forumu keçiriləcək.
APA Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fonduna (Azpromo) istinadən məlumat verir ki, forum MDB İcraiyyə Komitəsinin dəstəyi ilə MDB Maliyyə-Bank Şurası tərəfindən təşkil olunur.
Forumda milli və kommersiya banklarının və birjaların rəhbərləri, maliyyə qurumları və bank birliklərinin nümayəndələri, o cümlədən innovasiya və investisiya şirkətlərinin rəhbər şəxslərinin iştirakı gözlənilir. Forumun işgüzar proqramında MDB iştirakçı dövlətləri və Avropa İttifaqının maliyyə bazarlarının yeni qarşılıqlı əlaqə formatları, ixracın maliyyələşdirilməsi, rəqəmsal iqtisadiyyatın inkişafı, həmçinin inteqrasiya yönümlü investisiya layihələrinin təqdimatı kimi məsələlər müzakirə olunacaq.
"Bununla əlaqədar olaraq, "Praqa işgüzar görüşləri forumunun iştirakçıları iri biznesin nümayəndələri, investorlar və mütəxəssislərlə görüşmək imkanı əldə edəcəklər. MDB İcraiyyə Komitəsi Azərbaycan işgüzar dairələrini tədbirdə iştiraka dəvət edir", - deyə məlumatda vurğulanıb.
banner

Oxşar Xəbərlər