• cümə axşamı, 28 mart, 20:35
  • Baku Bakı 13°C

Azərbaycan Sahibkarlar Konfederasiyasının qurultayı keçirilir

18.06.13 08:45 1899
Azərbaycan Sahibkarlar Konfederasiyasının qurultayı keçirilir
«APA-Economics»inməlumatına görə, tədbirdə İqtisadi inkişaf naziri Şahin Mustafayev Azərbaycan prezidenti İlham Əliyevin Qurultaya ünvanladığı təbrik məktubunu nümayəndələrin diqqətinə çatdırıb.
Əmək və əhalinin sosial müdafiəsi naziri Füzuli Ələkbərov bildirib ki, son 10 ildə Azərbaycan üç dəfə iqtisadi artıma nail olub. Yeni iş yerlərinin açılması nəticəsində, işsizlik səviyyəsi 5,5%-ə, yoxsulluq 49%-dən 6%-ə enib. Bu müddət ərzində ölkədə əməyin mühafizəsinə də böyük diqqət yetirilib. Qeyri-leqal məşğulluğun aradan qaldırılması üzərində də işlər aparılır.
Daha sonra idarəetmə orqanlarının yaradılması, o cümlədən Qurultayın Rəyasət Heyətinin, Mandat Komissiyasının, Redaksiya Heyətinin seçilməsi ilə əlaqədar ASK-nın baş katibi Məmmədəli Əfəndiyev Təşkilat Komitəsinin təklifini verib, Qurultayın gündəliyi təsdiq olunub.
Qurultayda bir çox millət vəkilləri, dövlət və hökumət qurumlarının rəsmiləri, beynəlxalq təşkilatların nümayəndələri, müxtəlif iş adamları iştirak edirlər.
banner

Oxşar Xəbərlər