• cümə axşamı, 18 aprel, 09:50
  • Baku Bakı 12°C

Azərbaycan Sahibkarlar Konfederasiyası sahibkarlara müraciət edib

19.03.20 19:45 1055
Azərbaycan Sahibkarlar Konfederasiyası sahibkarlara müraciət edib
Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyası (ASK) dünyada yayılmış koronavirus (COVID-19) xəstəliyinin ölkəmizdə qarşısının alınması üçün Azərbaycan dövləti tərəfindən həyata keçirilən qabaqlayıcı tədbirləri dəstəkləyir.
ASK-dan bildirilib ki, insan həyatı və sağlamlığının qorunması ilə əlaqədar tətbiq edilən bu tədbirlərin icrası hər kəs üçün vacibdir. Azərbaycan biznes ictimaiyyəti də cəmiyyətin və əməkdaşlarının sağlamlığının qorunması ilə əlaqədar ən mütərəqqi, humanist davranış nümayiş etdirir. Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında yaradılmış Operativ Qərargahın tapşırıqlarına və tövsiyələrinə uyğun olaraq işəgötürənlər tərəfindən insan sağlamlığının qorunması üçün müvafiq tədbirlər görülür.
"Təbii ki, Azərbaycan vətəndaşının sağlamlığı bütün məqsədlərin əsasında dayanır. Bununla yanaşı, qeyd edə bilərik ki, tətbiq edilən məhdudiyyətlər ticarət, xidmət, turizm, nəqliyyat, logistika və bir sıra digər sektorlarda iqtisadi fəaliyyətin zəifləməsinə səbəb olub. Xüsusilə qeyd etmək istərdik ki, məhdudiyyətlərin mikro, kiçik və orta sahibkarlıq subyektlərinə təsiri daha da hissediləndir. Ona görə də, bu qəbildən olan sahibkarların fəaliyyətinin davam etdirilməsi, eləcə də iş yerlərinin qorunması üçün onların dəstəyə daha çox ehtiyacı var.
Artıq bir neçə gündür ki, Azərbaycan Sahibkarlar Konfederasiyası üzvü olan bütün sahibkarlıq subyektləri ilə sıx təmas quraraq onların iqtisadi vəziyyətini monitorinq edir. Bu məqsədlə sahibkarlara yazılı sorğu ünvanlanıb və bir neçə "qaynar xətt” yaradılıb. Hazırda daxil olan sorğular toplanaraq təhlil olunur.
Azərbaycan Sahibkarlar Konfederasiyası hesab edir ki, Prezident İlham Əliyevin həyata keçirdiyi uğurlu iqtisadi siyasət nəticəsində ölkəmizdə sahibkarlığın inkişafı üçün əlverişli biznes mühiti formalaşıb. Hazırda koronavirus pandemiyasının dünya və ölkə iqtisadiyyatı üçün yaratdığı risklərin öhdəsindən dövlət-özəl əməkdaşlığı formasında gələ biləcəyimizə inanırıq. Bu məqsədlə də Sahibkarlar Konfederasiyası dövlətin sosial tərəfdaşı olaraq, təmsil etdiyi özəl sektora həmrəylik nümayiş etdirərək çətinliklərin öhdəsindən gəlmək üçün birgə çıxış yolu tapmaqda aktiv olmağa çağırır.
Sahibkarlar Konfederasiyası olaraq, konfederasiyanın üzvü olan bütün sahibkarları Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında yaradılmış Operativ Qərargahın bütün tapşırıqlarına dəqiq əməl etmələrini tövsiyə edirik”, - deyə ASK-ın məlumatında qeyd olunur.
Sahibkarların müraciətləri üçün Azərbaycan Sahibkarlar Konfederasiyasının əlaqə vasitələri:
E-mail: "[email protected]
Sahibkarlarla İş və Kommunikasiya şöbəsi: Mob: +994 51 229 97 22
Beynəlxalq Əlaqələr və Dayanıqlı inkişaf şöbəsi: Mob: +994 51 229 97 28
Hüquq və Sosial Tərəfdaşlıq şöbəsi: Mob: +994 51 229 97 24
banner

Oxşar Xəbərlər