• çərşənbə axşamı, 23 aprel, 19:54
  • Baku Bakı 20°C

Azərbaycan Rusiyaya pomidor ixracını kəskin artırıb

21.06.16 16:10 1200
Azərbaycan Rusiyaya pomidor ixracını kəskin artırıb
Azərbaycan Rusiyaya pomidor ixracını kəskin artırıb.

"APA-Economics" xəbər verir ki, hazırda Rusiya bazarında pomidorların 7,4%-i Azərbaycanın payına düşür. Halbuki, ötən il bu göstərici 1% olub.

İxrac etdiyimiz pomidorun qiymətində azalma müşahidə olunur. Belə ki, ötən ilin I rübündə Rusiyaya ixrac olunan pomidorun 1 tonu 1 240 dollara rəsmiləşdirilirdisə, bu ilin analoji dövründə bu rəqəm 1 120 dollara enib.

Rusiya Türkiyəyə embarqo tətbiq etdikdən sonra sözügedən bazarın mütləq lideri Mərakeşdir. Rusiyaya idxal olunan pomidorların 56,6%-i Afrika ölkəsindən gətirilir. Halbuki, ötən ilin analoji dövründə bu rəqəm 17,3% olub.
banner

Oxşar Xəbərlər