• çərşənbə, 24 Aprel, 08:01
  • Baku Bakı 13°C

Azərbaycan Rusiyaya olduqca böyük həcmdə kənd təsərrüfatı məhsulları tədarük edir

02.10.14 14:56 1660
Azərbaycan Rusiyaya olduqca böyük həcmdə kənd təsərrüfatı məhsulları tədarük edir
Azərbaycan Rusiya bazarına olduqca böyük həcmdə kənd təsərrüfatı məhsulları, meyvə-tərəvəz, ət tədarük edir.
Trend-in məlumatına görə, bunu cümə axşamı Rusiya Federal Məclisinin Federasiya Şurasının sədri Valentina Matviyenko IV Bakı Beynəlxalq Humanitar Forumu çərçivəsində jurnalistlərə deyib.
Onun sözlərinə görə, hazırda kənd təsərrüfatı məhsullarının tədarükü üçün əlavə tələbat və imkanlar yaranıb: "Bu barədə artıq razılaşmalar əldə olunub ki, bu da ticarət əlaqələrinin artmasına və genişlənməsinə gətirib çıxaracaq".
V. Matviyenko qeyd edib ki, Moskva meri Sergey Sobyaninin Bakıya səfəri zamanı tədarüklərin artması ilə bağlı konkret müqavilələr imzalanıb və ən əsası tədarük logistikasının yaradılması, tədarük üzrə nəqliyyat şəraiti haqqında razılaşmalar əldə olunub.
banner

Oxşar Xəbərlər