• cümə axşamı, 25 aprel, 12:11
  • Baku Bakı 23°C

Azərbaycan rusiyalı milyonçunu “arzuolunmaz şəxslər“ siyahısına salacaq

07.07.15 14:32 1214
Azərbaycan rusiyalı milyonçunu “arzuolunmaz şəxslər“ siyahısına salacaq
Rusiyalı milyonçu qanunsuz şəkildə Azərbaycanın işğal olunmuş ərazisinə gedib

“German Sterliqov adlı şəxsin və onun ailə üzvlərinin Azərbaycan Respublikasının Ermənistan tərəfindən işğal olunmuş ərazilərində qeyri-qanuni məskunlaşması faktı hal-hazırda araşdırılır”.
Bu barədə APA-ya açıqlamasında Azərbaycan Xarici İşlər Nazirliyinin sözçüsü Hikmət Hacıyev deyib. O bildirib ki, bu şəxs qeyri-qanuni şəkildə Azərbaycanın işğal olunmuş ərazilərinə səfər edib və "Dövlət sərhədi haqqında" qanunu pozub: “Müvafiq prosedurlara əsasən aparılan araşdırmanın nəticəsinə uyğun olaraq bu şəxsin adı "arzuolunmaz şəxslər" siyahısına daxil ediləcək”.
Qeyd edək ki, müstəqil Rusiyanın ilk milyonçularından olan German Sterliqov ölkəsini tərk edərək Dağlıq Qarabağa gedib. O, bütün əmlakını satıb və ailəsini də özü ilə aparıb.
banner

Oxşar Xəbərlər