• cümə, 29 Mart, 11:52
  • Baku Bakı 5°C

Azərbaycan Rusiyada logistika mərkəzi açacaq

11.09.19 14:23 626
Azərbaycan Rusiyada logistika mərkəzi açacaq
Hazırda Yekaterinburq yaxınlığında Azərbaycan logistika mərkəzinin açılması ilə bağlı danışıqlar davam edir.
Trend-in məlumatına görə, bunu İqtisadiyyat naziri Şahin Mustafayev deyib.
O bildirib ki, mərkəz Azərbaycanda istehsal olunan meyvə və tərəvəzin saxlanması üçün yaradılır:
"Sentyabrın 12-də keçiriləcək biznes-forum zamanı Azərbaycan Meyvə və Tərəvəz İstehsalçıları Assosiasiyası ilə Sverdlovsk vilayətinin müvafiq təşkilatları arasında memorandum imzalanacaq”.
Nazir əlavə edib ki, ötən il Azərbaycan Rusiyaya 555 min ton meyvə və tərəvəz ixrac edib:
"Bu il ixrac həcmini iki dəfə artırmaq planlaşdırılır, logistika mərkəzinin yaradılması da bu məqsədə xidmət edir”.
banner

Oxşar Xəbərlər