• çərşənbə, 24 Aprel, 20:08
  • Baku Bakı 23°C

Azərbaycan-Rusiya oyunu ilə bağlı Xəbərdarlıq

14.10.13 14:03 1861
Azərbaycan-Rusiya oyunu ilə bağlı Xəbərdarlıq
Apasport.az saytının məlumatına görə, RFİ-nin belə addım atmasına oyun zamanı qalmaqalın baş verməsi ehtimalı vadar edib.
Qurum yaydığı xəbərdarlıq xarakterli bəyanatda Bakıdakı qarşılaşmaya gələn rusiyalı fanatlara özlərini Bakıda yaxşı aparmağı tövsiyə edib: “RFİ Rusiya yığmasının azarkeşlərini tamaşaçıların özünü aparmaq qaydalarına riayət etməyə, ictimai asayişi pozmamağa, rəqibə və olduğu ölkənin qanunlarına hörmət etməyə, stadionda pirotexniki vasitələr, qadağan olunan digər əşyalardan yararlanmamağa çağırır. Sizə xatırladırıq ki, milli komandamızın oyunları beynəlxalq futbol qurumlarının intizam təşkilatlarının diqqətindədir. Yığmamızı vacib oyununda ədalətli oyun prinsipləri ilə dəstəkləyək”.
Qeyd edək ki, sabah “Bakcell Arena”da baş tutacaq Azərbaycan – Rusiya oyunu saat 22:00-da başlayacaq.
banner

Oxşar Xəbərlər