Azərbaycan-Rusiya münasibətləri niyə hədəfə alınıb?
Azərbaycan-Rusiya münasibətlərinin bu il ərzində yeni mərhələyə qədəm
qoyduğunu desək, yanılmarıq. Çünki Rusiya prezidenti Vladimir Putin ölkəmizə
səfər etdi. Eyni zamanda prezident İlham Əliyev bir neçə dəfə Rusiyada səfər
oldu və iki ölkə arasında bir sıra mühüm məsələlər müzakirə edildi, sənədlər
imzalandı.
Mövzu ilə bağlı "Kaspi” qəzetinə açıqlamasında Milli Məclisin deputatı Zahid Oruc bildirdi ki, "Lazarev klubu”nun
tədbiri öz-özlüyündə erməni cəmiyyətində, yaxud onun elitasında qətiyyən qəbul
olunmayıb: "Gördüyünüz kimi, Paşinyan həmin tədbirə qatılanların Kreml
çevrəsində müxtəlif çirkli layihələrdə istifadə olunduğunu bildirərək yaxasını
kənara çəkib. Belə olan təqdirdə Zatulin, onun müavini və digər şəxslər sanki
Sarkisyana, ya da Koçaryana virtual və ya xəyali öz yaxınlıqlarını göstərmək
üçün oradakı tribunadan anti-Azərbaycan bəyanatlarını səsləndiriblər. Ancaq
erməni cəmiyyətinin indiki durumunda bu fikirlərin qəbul olunduğunu demək
yanlış olar. Açıq desək, demokratik Ermənistan, onun azadlıqlara qovuşmuş xalqı
bir daha təbəəliyə dönmək istəmir. Hətta deyirlər ki, Rusiyanın düşmənlərini
zəhərləyən, yaxud da idman yarışlarında yer tutub gəlib Dumada yer qazanan, eləcə
də təbliğat və təşviqatda soyuq müharibə dövrünün prinsipləri ilə işləyən
adamlarla bizim bir yerdə fəaliyyətimiz ola bilməz. Görün indi münasibətlər nə
səviyyə gəlib çatıb. Şübhəsiz, bunu Moskvadan müşahidə edən müəyyən qüvvələr
görürlər ki, Ermənistan Rusiyanın təsir zonasından çıxmağa çalışır və bu yöndə
fəaliyyət zamanı Azərbaycanın həm dövlət səviyyəsində atdığı addımlar, eləcə də
ictimai müstəvidə baş verən o münasibətlərdəki köklü dəyişikliklər burada
aparıcı rol oynayır. İlham Əliyev güclü bir liderdir. O, tarixə baxaraq, mühüm
təhlillər aparır və nəticədə elə addımlar atılır ki, biz qətiyyən şimal
qonşumuzun əleyhimizə olan fəaliyyətini bir daha qazanmayaq. Çünki son 200
illik keçmişimizin hansısa dönəmlərində bizim də içimizdə buna verilən əsaslar,
amma daha artıq dərəcədə Kremlin qərar verənləri tərəfindən atılan addımlar
torpaq bütünlüyümüzə olan qəsdlərin və insanlarımıza qarşı qəddarlığın
səbəblərinə çevrilibdir. Ermənilər isə bundan maksimum dərəcədə istifadə
ediblər. Bəlkə tarixi dəyişilmiş bir formada yaşamağın zamanı çatıb? Yəni, bir
dəfə də Rusiyanın zərbəsini Ermənistan öz üzərində hiss eləsin. Bilirsiniz ki,
keçmiş Xanlar rayonunun bir neçə kəndinin vaxtilə azad olunması məsələsi erməni
cəmiyyətində bu gün də bir ağrı ilə qəbul olunur. Söhbət "Halqa” əməliyyatı
kimi xarakterizə olunan və rusların bizim tərəfdən döyüşdüyünü əks etdirən
tarixi faktlardan gedir. Bəlkə biz daha strateji olaraq fəaliyyətimizi
aparmaqda davam edək və düşünək ki, rus əsgəri, Azərbaycanda yaşayan bizim
qardaş xalqların nümayəndələri eyni taleyi, səngəri, təhlükəni bizimlə bölüşmüş
olsunlar? Fərz edək ki, rus əsgəri ermənilərə güllə atır, bu əməliyyatlarda
iştirak edir. Görün, Qafqazdakı münasibətlər sistemi nə qədər dəyişmiş olur.
İki ölkə arasındakı münasibətlərin bu tərzdə inkişafı ermənilərin bizə qarşı
taktikasını sındırır”.
Politoloq Qabil Hüseynli bildirdi ki,
Azərbaycan-Rusiya münasibətlərini korlamağa çalışan və Rusiyanın Ermənistanla
əlaqələrini ən yüksək görmək istəyən qüvvələr hər zaman olub: "Mən deyərdim ki,
onlar Rusiyada aparıcı qüvvəyə malikdirlər. Belə qüvvələr Kremlin siyasi
elitasına xeyli yaxındırlar. Hətta hakimiyyətin siyasətinin
formalaşdırılmasında yaxıdan iştirak edirlər. Əgər gəlib Yerevanda qondarma bir
ad altında konfrans keçirir və orada təhrikedici bir formada "İsgəndər”
raketləri ilə Bakının yerlə-yeksan ediləcəyi haqda fikirlər səsləndirirlərsə, guya
Azərbaycanın aqressiv siyasət yürütdüyünü iddia edirlərsə, bu, tarixən mövcud
olmuş ermənipərəst mövqeyin bu günlərdəki ifadəsidir. Bu çox biabırçı iddiadır.
Amma buna baxmayaraq, təəssüflər olsun ki, bu qüvvələr Rusiyanın hakim
dairələrinə xeyli yaxındırlar və ona görə də Ermənistanla siyasətin
formalaşdırılmasında iştirak edirlər”.
Q.Hüseynli vurğuladı ki, belə qüvvələr Azərbaycan-Rusiya münasibətlərinə kölgə salmağa, hətta onu zədələməyə cəhd göstərirlər: "Bu adamlar imperiya təfəkkürü ilə yaşayırlar. Yəni, çar Rusiyası dövründə necə imperialist siyasət yürüdülürdüsə, indi də eyni siyasət yeridilməsinə çalışırlar. Bu, Rusiya siyasətində çox təhlükəli bir tendensiyadır və daha çox müsəlman dünyasına, eyni zamanda bura daxil olan Azərbaycana qarşı çevrilib. Bir sözlə, "Lazarev klubu”nun təxribatçı liderləri Azərbaycan-Rusiya münasibətlərinə böyük zərbə vurmaq niyyətindədir. Bu səbəbdən Rusiyanın hakim dairələri bu cür qüvvələrin iki ölkə arasındakı münasibətləri pozmağa çalışması məsələsinə diqqət yetirməlidir”.
BƏXTİYAR
Bütün bunlarla yanaşı, Azərbaycan-Rusiya əlaqələrinin inkişafına
əngəl törədən qüvvələr də hərəkət keçib. Belə olmasaydı, Qarabağdakı separatçı
rejimin rəhbəri Bako Saakyanın Rusiyaya səfəri, eləcə də bu günlərdə Yerevanda
"Lazarev klubu”nun tədbiri təşkil edilməzdi. Bəs görəsən Azərbaycan və Rusiya
arasındakı münasibətləri korlamaq istəyən, ona əngəl yaratmağa cəhd edən
qüvvələrin məqsədi nədir?
Z.Oruc qeyd etdi ki, yüz illər ərzində bu ölkələrdə formalaşmış
ənənələr var, maliyyə cameəsi, iqtisadi strukturlar, eləcə də müxtəlif dövlət elitasının
çevrəsində fəaliyyət aparan ermənilər mövcuddur: "Bunlar hamısı öz təsirini
göstərəcəklər. Ona görə də kimsə sadəlövhcəsinə gözləyirsə ki Rusiyanın 150
milyonluq əhalisi bir günün içərisində Qarabağ uğrunda haqqımızı müdafiə edəcək,
bu, siyasətə bəsit yanaşma olar. Ermənilər də mübarizələrini aparacaqlar. Ancaq
90-cı illərdəki vəziyyət dəyişib. Bizim əleyhimizə fəaliyyət aparan həmin o
qüvvələr neytrallaşıblar. Azərbaycan rəhbərliyi nəinki təkcə Putinlə
münasibətlərin ən yüksək səviyyədə qurulmasında çox ciddi iradə göstərib, vacib
addımlar atıb, eləcə də heç bir zaman region dövlətləri əleyhinə forpost rolunu
oynamayıb. Qərb dairələri hansısa layihələrini Azərbaycan vasitəsilə
düzənləməyiblər. Digər tərəfdən, ölkə rəhbəri bəzən Rusiyadakı nüfuzlu
insanları, media mənsublarını qəbul edərək ictimai diplomatiyanın da gücündən
məharətlə istifadə edib. Belə olan təqdirdə, biz Rusiyada fəaliyyətimizi davam
etdirməliyik, genişləndirməliyik. Orada yaşayan azərbaycanlılar, nəhayət mühüm siyasi
postlar uğrunda mübarizələrini təşkil etməlidirlər, media məkanında
görünməlidirlər. Bax buna deyərəm iş. Yoxsa Bakıda oturub Moskvanın
fəaliyyətlərinə dair mühakimə stilində bəyanatlar vermək işə yaramayacaq. Xalq Cəbhəsinin
hakimiyyəti dövründə bunu ediblər və nəticənin nə olduğu hər kəsə bəllidir.
İlham Əliyev isə yüz illik tarixi münasibətlərin xarakterini dəyişdirib”.
Q.Hüseynli vurğuladı ki, belə qüvvələr Azərbaycan-Rusiya münasibətlərinə kölgə salmağa, hətta onu zədələməyə cəhd göstərirlər: "Bu adamlar imperiya təfəkkürü ilə yaşayırlar. Yəni, çar Rusiyası dövründə necə imperialist siyasət yürüdülürdüsə, indi də eyni siyasət yeridilməsinə çalışırlar. Bu, Rusiya siyasətində çox təhlükəli bir tendensiyadır və daha çox müsəlman dünyasına, eyni zamanda bura daxil olan Azərbaycana qarşı çevrilib. Bir sözlə, "Lazarev klubu”nun təxribatçı liderləri Azərbaycan-Rusiya münasibətlərinə böyük zərbə vurmaq niyyətindədir. Bu səbəbdən Rusiyanın hakim dairələri bu cür qüvvələrin iki ölkə arasındakı münasibətləri pozmağa çalışması məsələsinə diqqət yetirməlidir”.
BƏXTİYAR