• cümə, 29 Mart, 03:25
  • Baku Bakı 7°C

Azərbaycan Respublikasının dövlət müstəqilliyi dönməz və əbədidir

13.10.16 16:07 964
Azərbaycan Respublikasının dövlət müstəqilliyi dönməz və əbədidir
AMEA Naxçıvan Bölməsində 18 oktyabr-Azərbaycan Respublikasının dövlət müstəqilliyinin bərpasının 25-ci ildönümünə həsr olunmuş "Azərbaycan Respublikasının dövlət müstəqilliyi dönməz və əbədidir” mövzusunda elmi konfrans keçirilib.

AMEA Naxçıvan Bölməsinin sədri, akademik İsmayıl Hacıyev tədbiri açaraq siyasi tariximizə qurucu və xilaskar kimi daxil olmuş görkəmli dövlət xadimi, ümummilli lider Heydər Əliyevin 1993-cü ilin iyununda xalqın təkidi, tələbi və xahişi ilə ikinci dəfə hakimiyyətə qayıdmasından, Azərbaycanı böyük bəlalardan xilas etməsindən, bütün həyatını Azərbaycana həsr etmiş dahi şəxsiyyətin yorulmaz siyasi fəaliyyətindən və ötən müddət ərzində ölkəmizin əldə etdiyi naliyyətlərindən ətraflı danışıb.
Dahi öndər Heydər Əliyev müdrikcəsinə və uzaqgörənliklə Azərbaycanı labüd məhvdən xilas etdi, müstəqilliyimizin və ərazi bütövlüyümüzün qorunub saxlanmasına real zəmin yaratdı-deyən akademik bu illərdə ulu öndərin gərgin işi, zəhməti nəticəsində Azərbaycan dövləti bir çox beynəlxalq təşkilatlara üzv olduğunu, onlarla əməkdaşlıq etdiyini, habelə demokratik inkişaf yolu ilə irəliləyən ölkəmiz bölgədə iqtisadi tərəqqiyə imkan verən addımlar atdığını bildirib.

Müstəqilliyimizin bərpasından sonra Naxçıvan Muxtar Respublikasının bütün sahələrdəki uğurlu inkişafı barəsində də konfrans iştirakçılarına məlumat verən natiq onu da qeyd edib ki, ulu öndərin milli maraqlara əsaslanmaqla həyata keçirdiyi çoxşaxəli siyasət strategiyası ölkəmizdə, o cümlədən də regionumuzda bu gün inamla davam etdirilir.

Konfransda AMEA Naxçıvan Bölməsinin Tarix, Etnoqrafiya və Arxeologiya İnstitutunun aparıcı elmi işçisi, tarix üzrə fəlsəfə doktoru Musa Quliyevin "Müstəqilliyə aparan yol”, həmin institutun böyük elmi işçi, tarix üzrə fəlsəfə doktoru Yaşar Rəhimovun "Dövlət müstəqilliyinin əldə olunması tarixi naliyyətdir”, şöbə müdiri, AMEA-nın müxbir üzvü Vəli Baxşəliyevin "Ümummilli lider Heydər Əliyev və dövlət müstəqilliyinin möhkəmləndirilməsi”, şöbə müdiri, tarix üzrə fəlsəfə doktoru Asəf Orucovun "Naxçıvan Muxtar Respublikası müstəqillik illərində” mövzusunda məruzələri dinlənilib.

Elmi konfransın sonunda mövzu ilə bağlı məruzəçilərə verilən suallar ətraflı cavablandırılıb.


banner

Oxşar Xəbərlər