• cümə, 19 Aprel, 21:10
  • Baku Bakı 24°C

Azərbaycan Respublikası Kinematoqrafçılar İttifaqı məqalə və resenziyalar müsabiqəsi keçirir

24.01.18 14:00 976
Azərbaycan Respublikası Kinematoqrafçılar İttifaqı məqalə və resenziyalar müsabiqəsi keçirir
Azərbaycan RespublikasıKinematoqrafçılar İttifaqı Azərbaycan kinosunun 120 illik yubileyinə həsr olunmuş "Azərbaycan kinosu: dünən, bu gün, sabah” adlı məqalə və resenziyalar müsabiqəsi keçirəcək.
İttifaqın mətbuat xidmətindən APA-yaverilən məlumata görə, yaşı 30-a qədər olan bütün şəxslər müsabiqəyə Azərbaycan kinosuna həsr olunmuş məqalə və resenziyalar təqdim edə bilər.
Müsabiqəyə təqdim olunan məqalə və resenziyaların hüquqları müəllifə məxsus olmalı, mətbuatda dərc edilməməlidir. Məqalə və resenziyalar müsabiqəyə 10 səhifədən çox olmamaq şərtilə üç nüsxədə, çap olunmuş və CD diskdə rəqəmsal daşıyıcıda şrift-12 "Courier New”də təqdim edilməlidir. Çap olunmuş məqalə və resenziyalarda müəllifin ad və soyadı qeyd olunmamalıdır.
Müəllif məqalə və resenziya ilə birgə tərcümeyi-halını və şəxsiyyət vəsiqəsinin surətini də təqdim etməlidir. Hər bir müəllif 3 məqalə və resenziyadan artıq təqdim edə bilməz.
Məqalə və resenziyalar mayın 25-dək Azərbaycan RespublikasıKinematoqrafçılar İttifaqına göndərilməlidir.
Müsabiqədə birinci yer tutan qalibə 1000, ikinci yerin sahibinə 750, üçüncü yerin sahibinə isə 500 manat pul mükafatı veriləcək.
banner

Oxşar Xəbərlər