AZE | RUS | ENG |

Azərbaycan regionun və Avropanın mühüm aktoruna çevrilib

Azərbaycan regionun və Avropanın mühüm aktoruna çevrilib
Hikmət Babaoğlu: 20 sentyabr 1993-cü ildə Azərbaycanın MDB-yə qoşulması ən yeni siyasi tariximizdə mühüm günlərdən biri kimi yadda qalıb

"20 sentyabr tarixi həm də 1993-cü ildə Azərbaycanın Müstəqil Dövlətlər Birliyinə (MDB) qoşulması haqqında qərar qəbul etdiyi gündür. Heç şübhəsiz ki, bu, Azərbaycanın  ən yeni siyasi tarixində  mühüm günlərdən biri kimi yadda qalmışdır”.
 
Bu fikirləri Milli Məclisin deputatı, "Yeni Azərbaycan" qəzetinin baş redaktoru Hikmət Babaoğlu deyib.
 
Onun sözlərinə görə, Azərbaycanın MDB-yə daxil olmasını zəruri edən bir çox səbəblər vardır. Bunlar həm iqtisadi-siyasi, həm də mədəni-humanitar sektorla əlaqəli idi. Çünki Azərbaycanın da  aid olduğu vahid siyasi məkanda keçmişdə özünəməxsus ortaq münasibətlər sistemi formalaşmışdı və postsovet məkanında yaranan yeni bir təşkilatlanmada Azərbaycanın iştirak etməməsi onu məhz bu mühüm əlaqələrdən məhrum edə bilərdi.

"Üstəlik, Azərbaycan 1993-cü ildən sonra çoxvektorlu və praqmatik xarici siyasət həyata keçirməsini müəyyənləşdirmiş, istər qərblə, istər digər geostrateji rayonlarda yerləşən müstəqil dövlətlərlə öz münasibətlərini milli maraqlarımıza uyğun olaraq tənzimləmə məqsədini qarşısına qoymuşdu. Belə olan halda heç şübhəsiz ki, MDB ölkələri ilə münasibətlərin də məhz yüksək səviyyədə olması dövlətçilik maraqlarımız baxımından aktual idi"', - deyə Hikmət Babaoğlu bildirib.

Baş redaktor qeyd edib ki, bütün bunlarla yanaşı, Azərbaycanın qarşısında duran bir sıra problemlər də vardı. Onlardan biri Xəzər dənizinin  karbohidrogen ehtiyatlarının istismarı idi. Azərbaycanın iqtisadi gələcəyini təmin etmək məqsədilə enerji resurslarının istismarını həyata keçirmək üçün mütləq beynəlxalq müqavilə imzalanmalı idi. Həmin sənəd bir il sonra sentyabrın 20-də imzalandı. Əlbəttə ki, Xəzəryanı ölkələrlə xüsusilə Rusiya, Qazaxıstan və digər MDB ölkələri ilə münasibətlər yüksək səviyyədə olmasaydı, həm "Əsrin müqaviləsi”nin imzalanmasında, həm də regional inteqrasiya ilə bağlı digər addımların atılmasında çətinlik yarana bilərdi".

Hikmət Babaoğlu xatırladıb ki, sözügedən qərardan sonra sentyabrın 24-də böyük dövlət xadimi, ulu öndər Heydər Əliyevin Moskvaya səfəri, MDB üzvü olan dövlətlərin Dövlət Başçıları Şurasının iclasında iştirakı, orada apardığı danışıqlar Rusiya-Azərbaycan münasibətlərinə yeni  dinamizmin gəlməsini, qarşılıqlı etimadın yaranmasını şərtləndirdi. Bu qərar eyni zamanda, Azərbaycana sosial-iqtisadi və digər sahələrdə öz siyasətini həyata keçirmək üçün yeni şərtlər yaratdı. Millət vəkili qeyd edib ki, Azərbaycan bu gün yaxın keçmişimizdə qəbul etdiyi həm bu, həm də digər düzgün tarixi qərarlar sayəsində regionun və bütövlükdə Avropa  siyasi coğrafiyasının ən mühüm aktorlarından birinə çevrilibdir.


Paylaş:

Facebook-da

Xəbər lenti

Valyuta məzənnəsi

Tipi Ədə. Adı AZN
USD 1 1 ABŞ dolları 1.7
EUR 1 1 Avro 1.8748
GEL 1 1 Gürcüstan larisi 0.5727
GBP 1 1 İngiltərə funt sterlinqi 2.1477
IRR 100 100 İran rialı 0.004
SEK 1 1 İsveç kronu 0.173
CHF 1 1 İsveçrə frankı 1.7055
KWD 1 1 Küveyt dinarı 5.5956
TRY 1 1 Türkiyə lirəsi 0.2873