• cümə, 19 Aprel, 23:59
  • Baku Bakı 24°C

Azərbaycan qonşuluğunda faşizm ideyalarının çiçəklənməsinə qarşıdır

12.10.19 11:54 514
Azərbaycan qonşuluğunda faşizm ideyalarının çiçəklənməsinə qarşıdır
"Müasir dünyada faşizm ideyalarının təbliğ olunması və faşistlərin qəhrəmanlaşdırılması ən təhlükəli meyldir. Ermənistan dünyada nadir ölkələrdəndir ki, faşist Qaregin Njde-yə rəsmi olaraq heykəl ucaldıb və onu millii qəhrəman statusuna yüksəldib".
Bu barədə millət vəkili Tahir Mirkişili "Kaspi" qəzetinə açıqlamasında bildirib.
O qeyd edib ki, Njdenin faşistlərlə əlaqəsi, 25 minlik erməniz faşist legionun yaradılmasında rolu, bütün keçmiş sovet xalqlarından formalaşan sovet ordusuna qarşı döyüşməsi və yəhudilərə qarşı soyqırımda aktiv iştirakı danılmazdır və sənədlərlə artıq sübut olunub.
Millət vəkilinin sözlərinə görə, Qaregin Njde həm də 1918-1921-ci illərdə Zəngəzur mahalında yerli azərbaycanlılara qarşı vəhşi cinayətlərin törədilməsinə də başçılıq etmişdir: "Belə bir faşist cinayətkara Ermənistan hökuməti tərəfindən heykəl qoyulması ilk növbədə Ermənistanın əvvəlki hökumətinin xislətindən, faşist ideyalarının daşıyıcısı olmasından irəli gəlmişdir. Çünki məhs onlar eyni faşist metodları ilə Dağlıq Qarabağda azərbaycanlıların qətlininin müəllifləri idi.Azərbaycan Prezidenti İlham Əliyevin Aşqabadda MDB ölkələrini dövlət başçıları görüşündə bu məsələni qaldırması, tarixi faktlarla əsaslandırması və Ermənistanın indiki hökümətini heykəlin götürülməsinə çağırması faşizmə qarşı 20 milyondan çox qurban vermiş indiki MDB ölkələrinin ərazisində olan bu qara ləkənin təmizlənməsinə çağırış idi. Bu həm də Ermənistan hökumətinin faşizmə qarşı vuruşmuş öz erməni xalqına hörmət etməsinə bir çağırış idi. Bu həm də indiki erməni gənclərinin faşizm ideyaları ilə zəhərlənməsinin qarşısının alınmasına bir çağırış idi".
Millət vəkili T.Mirkişili deyib ki, regionda sülh, əmin amanlıq və mehriban birgə yaşayışda ən çox maraqlı olan bir ölkə kimi Azərbaycan qonşuluğunda faşizm ideyalarının çiçəklənməsinə qarşıdır və bunu regionun xalqları üçün ən böyük təhlükə görür. Deputatın qənaətincə, məsuliyyətli və regionun gələcək taleyində maraqlı olan bir lider kimi Prezident İlham Əliyevin bu məsələdə qətiyyətli mövqeyi regionun bütün xaqlarının maraqlarına xidmət edir!
Alpər TURAN
banner

Oxşar Xəbərlər