• cümə, 29 Mart, 11:06
  • Baku Bakı 5°C

Azərbaycan qlobal təhlükəsizliyin tərəqqisi üçün əhəmiyyətli dövlətlərdəndir

12.06.18 15:00 548
Azərbaycan qlobal təhlükəsizliyin tərəqqisi üçün əhəmiyyətli dövlətlərdəndir
ABŞ Konqresinin Nümayəndələr Palatasının Enerji və Ticarət Komitəsinin üzvü, Demokratlar partiyasından Texas ştatını təmsil edən Yucin Qrin Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubileyi ilə bağlı bəyanat verib.
Trend-in məlumatına görə, konqresmen bəyanatda ilk öncə, Azərbaycana və bütün Azərbaycanlılara 100 illik münasibətilə təbriklərini izhar edir.
Konqresmen Qrin, 1918-ci il 28 may tarixində Azərbaycan Xalq Cümhuriyyətinin Rusiya imperiyasından müstəqillik əldə etdiyini və müsəlman dünyasında ilk demokratik dövlət kimi bərqərar olduğunu bəyanatda diqqətə çatdırır. İlk müstəqilliyin qısa olmasına və ona Rusiyanın 1920-ci il işğalı nəticəsində son qoyulmasına baxmayaraq, Azərbaycan 1991-ci ilin 18 oktyabr tarixində yenidən müstəqil dövlət kimi formalaşıb və o zamandan etibarən ABŞ-ın Cənubi Qafqazda əhəmiyyətli müttəfiqi olmaqda davam edir.
Bəyanatda daha sonra diqqətə çatdırılır ki, təmsil etdiyi Hyuston kimi, Azərbaycanın dərin təsir bağışlayan iqtisadi inkişafı neft və qaz sənayesi ilə bağlıdır və sözügedən sənayenin təkamülü ölkənin formalaşmasına təsir etmişdir. Bir sıra ABŞ və beynəlxalq enerji şirkətləri Azərbaycanda və Xəzər Dənizi hövzəsində fəaliyyət göstərir. Azərbaycanın enerji infrastrukturunun və səriştəsinin sürətli inkişafı, onun Avropaya enerji resurslarının sabit və kifayət qədər ixracı yolu ilə, Avropanın enerji təhlükəsizliyinin və ABŞ-ın geosiyasi maraqlarının təmin edilməsində əsas rol oynamasına imkan yaratdığı bəyanatda vurğulanır.
Azərbaycanın dünyəvi müsəlman ölkə kimi qadınlara bərabər siyasi hüquqların verilməsində ilk dövlətlərdən olduğu, 1918-ci ildə qadınları səsvermə hüququ ilə təmin edən ilk müsəlman dövlət kimi formalaşdığı qeyd olunur. 11 sentyabr hadisələrindən sonra, Azərbaycanın ABŞ üçün terrorçuluqla mübarizə sahəsində vacib tərəfdaş olduğu, beynəlxalq terrorçuluqla mübarizə koalisiyasında iştirak etdiyi, habelə ABŞ-ın Əfqanıstanda, Balkan yarımadasında və İraqda rəhbərlik etdiyi hərbi səylərə dəstək vermək məqsədilə öz qüvvələrini göndərdiyi xüsusi vurğulanır.
Konqresmen Qrin bəyanatda bildirir ki, Azərbaycan qlobal təhlükəsizliyin və dünya miqyasında diplomatik əməkdaşlığın tərəqqisi üçün əhəmiyyətli dövlətlərdəndir. Azərbaycan Ümumdünya Ticarət Təşkilatında müşahidəçi statusa, 2012-2013-cü illərdə BMT Təhlükəsizlik Şurasında qeyri-daimi üzvlüyə sahiblənib, ATƏT və NATO Sülh Naminə Tərəfdaşlıq Proqramının üzvüdür.
Bəyanatın sonunda, Azərbaycan xalqına yüzillik bayram münasibətilə təbriklər çatdırılır və növbəti 100 illiklər boyu tərəqqi və müvəffəqiyyət arzu olunur.
banner

Oxşar Xəbərlər