• çərşənbə axşamı, 23 aprel, 20:40
  • Baku Bakı 20°C

Azərbaycan qızıl ixracını artırıb

03.10.20 16:46 413
Azərbaycan qızıl ixracını artırıb

2020-ci ilin avqustunda Azərbaycan 28 milyon dollar məbləğində qızıl ixrac edib.
Trend-in məlumatına görə, ixrac 2019-cu ilin avqustu ilə müqayisədə 5,3 milyon dollar və ya 23,3 faiz artıb.
Bu ilin yanvar-avqust aylarında Azərbaycan 124,4 milyon dollar məbləğində qızıl ixrac edib. Bu, 2019-cu ilin eyni dövrü ilə müqayisədə 16,7 milyon dollar və ya 15,5 faiz çoxdur.
Qeyd edək ki, 2019-cu ildə Azərbaycanın qeyri-neft ixracı 1,954 milyard dollar təşkil edib.
İqtisadiyyat Nazirliyinin proqnozlarına əsasən, 2024-cü ilədək Azərbaycanın qeyri-neft ixracı 3 milyard dolları keçəcək.
banner

Oxşar Xəbərlər