• cümə, 29 Mart, 01:10
  • Baku Bakı 7°C

Azərbaycan qeyri-neft ixracının artmasında maraqlıdır

05.12.18 09:00 426
Azərbaycan qeyri-neft ixracının artmasında maraqlıdır
Azərbaycan qeyri-neft ixracının artmasında maraqlıdır. Bu il dövlət büdcəsinə edilən dəyişiklik faktiki olaraq qeyri-neft sektorundan gözlənilən vergi daxilolmalarını azaldıb.
Trend-in məlumatına görə, bunu ölkəmizin maliyyə naziri Samir Şərifov "AZTV” telekanalının efirində deyib.
Nazir xatırladıb ki, ölkə başçısı bununla bağlı tapşırıqlar verib, bununla əlaqədar aidiyyatı qurumlar, ilk növbədə iqtisadiyyat nazirliyi, kənd təsərrüfatı nazirliyi məqsədyönlü tədbirlər həyata keçirir: "Bununla yanaşı, dövlət tərəfindən xüsusi bir mexanizm tətbiq olunur - təşviq mexanizmi, yəni ixracı təşviq edirik”.
"Made in Azerbaijan” brendindən danışan S.Şərifov bildirib ki, dövlət tərəfindən xaricdə sərgilərdə iştirak üçün müəyyən dəstəkləyici tədbirlər görülür.
banner

Oxşar Xəbərlər