• cümə axşamı, 28 mart, 23:38
  • Baku Bakı 13°C

Azərbaycan - Qətər sənədləri imzalanıb - Fotolar

27.02.17 14:15 1340
Azərbaycan - Qətər sənədləri imzalanıb - Fotolar
Azərbaycan prezidenti İlham Əliyevin və Qətər əmiri Şeyx Təmim bin Həməd Al Taninin iştirakı ilə Azərbaycan-Qətər sənədlərinin imzalanması mərasimi olub.
APA-nın məlumatına görə, "Azərbaycan Respublikası Hökuməti ilə Qətər Dövləti Hökuməti arasında mədəniyyət sahəsində əməkdaşlıq haqqında” Anlaşma Memorandumunu Qətərin mədəniyyət və idman naziri Salah bin Qanem bin Nasser Al Ali və Azərbaycanın xarici işlər naziriElmar Məmmədyarovimzalayıblar.
"Azərbaycan Respublikası Hökuməti və Qətər Dövləti Hökuməti arasında gənclər və idman sahələrində əməkdaşlıq haqqında” Anlaşma Memorandumunu Qətərin mədəniyyət və idman naziri Salah bin Qanem bin Nasser Al Ali və Azərbaycanın xarici işlər naziriElmar Məmmədyarovimzalayıblar.
"Bakı Beynəlxalq Dəniz Ticarət Limanı” QSC və Qətər Limanları İdarəetmə Şirkəti "MWANİ Qatar” arasında” Anlaşma Memorandumunu Qətərin nəqliyyat və rabitə naziri Cassem bin Saif Al Sulaiti və Azərbaycanın iqtisadiyyat naziriŞahin Mustafayevimzalayıblar.
"Azərbaycan Respublikası Mülki Aviasiya Administrasiyası və Qətər Dövləti Mülki Aviasiya Administrasiyası arasında” Anlaşma Memorandumunu Qətərin nəqliyyat və rabitə naziri Cassem bin Saif Al Sulaiti və Azərbaycanın iqtisadiyyat naziriŞahin Mustafayevimzalayıblar.
"Azərbaycan Respublikası Hökuməti və Qətər Dövləti Hökuməti arasındahavadaşımalarına dair” Sazişə əlavə Protokolu Qətərin nəqliyyat və rabitə naziri Cassem bin Saif Al Sulaiti və Azərbaycanın fövqəladə hallar naziriKəmaləddin Heydərovimzalayıblar.
"Azərbaycan Respublikası Hökuməti və Qətər Dövləti Hökuməti arasında kökü kəsilmək təhlükəsi qarşısında olan vəhşi təbiətin qorunması və onun təbii mühitinin mühafizəsi sahəsində əməkdaşlığa dair” Anlaşma Memorandumunu Qətərin bələdiyyə və ekologiya naziri Mohamed bin Abdullah Al Rumaihi və Azərbaycanın fövqəladə hallar naziriKəmaləddin Heydərovimzalayıblar.





banner

Oxşar Xəbərlər