AZE | RUS | ENG |

Azərbaycan Qərb üçün ən yaxşı dünyəvilik nümunəsidir

Azərbaycan Qərb üçün ən yaxşı dünyəvilik nümunəsidir
Azərbaycan kiçik ölkə olsa da, bir çox dövlətlərə yaxşı nümunədir, xüsusilə də dünyəvilik nümunəsidir. Bu ölkədə hər kəsin dini etiqad azadlığına hörmətlə yanaşılır. Nə dövlət dinə müdaxilə edir, nə də din dövlətin işinə qarışır. Bu məsələ çox vacibdir. Qərbdə, xüsusilə də Fransada dünyəviliyin bu prinsipi getdikcə daha çox laxlayır. Məsələn, Fransada bəzi icmalar öz qayda-qanunlarını dövlət qanunundan üstün tutmağa çalışırlar. Azərbaycandakı dünyəvilik prinsipindən bəhrələnmək lazımdır.

Bu fikri Fransa Beynəlxalq Diplomatiya Akademiyasında Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubileyinə həsr edilmiş konfransda iştirak edən fransız senator Alən Uper AZƏRTAC-a müsahibəsində söyləyib.

Senator bildirib ki, Azərbaycan Xalq Cümhuriyyətinin ən önəmli dəyərlərindən biri də qadınlara səsvermə hüququnun verilməsidir. Fransada general de Qoll Azərbaycandan ilhamlanaraq qadınlara bu hüququ verib. Azərbaycandan götürüləcək digər nümunə gender bərabərliyi ilə bağlı qəbul edilmiş qanundur. Fransanın müvafiq qanununda yalnız məvaciblə bağlı bərabərlik qeyd edildiyi halda, Azərbaycanda bu qanun bütün sahələrdə bərabərliyi nəzərdə tutur.





Paylaş:

Facebook-da

Reklam

Xəbər lenti

Valyuta məzənnəsi

Tipi Ədə. Adı AZN
IRR 100 İran rialı 0.0040
GEL 1 Gürcü larisi 0.6308
GBP 1 İngilis funt sterlinqi 2.2135
TRY 1 Türk lirəsi 0.3020
KWD 1 Küveyt dinarı 5.6066
SEK 1 İsveç kronu 0.1881
EUR 1 Avro 1.9479
CHF 1 İsveçrə frankı 1.7064
USD 1 ABŞ dolları 1.7000