• cümə, 29 Mart, 10:50
  • Baku Bakı 5°C

Azərbaycan qazının nəqli ilə bağlı dövlət komissiyası yaradıldı

29.10.13 17:13 1344
Azərbaycan qazının nəqli ilə bağlı dövlət komissiyası yaradıldı
Prezident İlham Əliyev Azərbaycan təbii qazının dünya bazarına Cənub Qaz Dəhlizi vasitəsilə nəqli ilə əlaqədar tədbirlər haqqında sərəncam imzalayıb. Sərəncama əsasən, Azərbaycan qazının dünya bazarına nəqli ilə əlaqədar Cənub Qaz Dəhlizinin fəaliyyətini təmin etmək məqsədi ilə “Şahdəniz” qaz-kondensat yatağının tammiqyaslı işlənilməsi, Cənubi Qafqaz Boru Kəmərinin (SCP) genişləndirilməsi, Trans-Anadolu Boru Kəməri (TANAP) və Trans-Adriatik Boru Kəməri (TAP) layihələrinin həyata keçirilməsi üzrə aşağıdakı tərkibdə Dövlət Komissiyası yaradılıb:
Komissiyanın sədri
Yaqub Eyyubov – Azərbaycan Respublikası Baş nazirinin
birinci müavini.
Komissiyanın üzvləri:
Əli Əsədov – Azərbaycan Respublikası Prezidentinin
köməkçisi, Azərbaycan Respublikası Prezidenti Administrasiyasının rəhbərinin müavini
Natiq Əliyev – Azərbaycan Respublikasının energetika
naziri
Şahin Mustafayev – Azərbaycan Respublikasının
iqtisadiyyat və sənaye naziri
Samir Şərifov – Azərbaycan Respublikasının maliyyə
naziri
Hüseynqulu Bağırov – Azərbaycan Respublikasının ekologiya
və təbii sərvətlər naziri
Rövnəq Abdullayev – Azərbaycan Respublikası Dövlət Neft
Şirkətinin prezidenti
Şahmar Mövsümov – Azərbaycan Respublikası Dövlət Neft
Fondunun icraçı direktoru.
Dövlət Komissiyası aparılan işlərin layihə iştirakçıları ilə əlaqələndirilməsini, ortaya çıxan məsələlərin Komissiyanın müəyyən etdiyi aidiyyəti qurumlar tərəfindən operativ həllini təmin edir, Komissiya tərəfindən müəyyən olunan hallarda həyata keçirilən tədbirlərə dair təkliflər hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim edir, işlərin gedişi haqqında mütəmadi olaraq Azərbaycan Respublikasının Prezidentinə məlumat verir.
banner

Oxşar Xəbərlər