AZE | RUS | ENG |

Azərbaycan qazının Bolqarıstana nəqli üçün qaz kəməri tikintisinin başlayacağı VAXT dəqiqləşdi

Azərbaycan qazının Bolqarıstana nəqli üçün qaz kəməri tikintisinin başlayacağı VAXT dəqiqləşdi
Azərbaycan qazınını Bolqarıstana nəqlini nəzərdə tutan Yunanıstan-Bolqarıstan interkonnektorunun (IGB) tikintisinin 2018-ci ilin sonunda başlanması planlaşdırılır.

Trend-in məlumatına görə, bunu Yunanıstanda Enerji Forumunda çıxışı zamanı Bolqarıstanın energetika naziri Temenujka Petkova deyib.

Nazir bildirib ki, IGB tədarükün şaxələndirilməsi baxımından Bolqarıstan və Cənub-Şərqi və Mərkəzi Avropa üçün geostrateji əhəmiyyət daşıyır.

Onun sözlərinə görə, layihə artıq Avropa enerji bərpa proqramı çərçivəsində 45 milyon avro, həmçinin Avropanın Bolqarıstan struktur fondlarından 39 milyon avro qrant əldə edib:

"Hazırda layihəni həyata keçirən şirkət satınalmalar prosedurunu başa çatdırmaq üzrədir. Bur prosedur ilin sonunadək başa çatacaq. Biz IGB-nin tikintisini bu ilin sonunda başlamağı və 2020-ci ildə başa çatdırmağ planlaşdırırıq”.




Paylaş:

Facebook-da

Xəbər lenti

Valyuta məzənnəsi

Tipi Ədə. Adı AZN
USD 1 1 ABŞ dolları 1.7
EUR 1 1 Avro 1.9066
GEL 1 1 Gürcüstan larisi 0.5954
GBP 1 1 İngiltərə funt sterlinqi 2.1114
IRR 100 100 İran rialı 0.004
SEK 1 1 İsveç kronu 0.181
CHF 1 1 İsveçrə frankı 1.7218
KWD 1 1 Küveyt dinarı 5.5896
TRY 1 1 Türkiyə lirəsi 0.2976