• cümə, 26 Aprel, 00:58
  • Baku Bakı 16°C

Azərbaycan Qazaxıstanla qazma qurğusunu modernləşdirəcək

14.03.19 09:21 431
Azərbaycan Qazaxıstanla qazma qurğusunu modernləşdirəcək
Bir müddət əvvəl "Caspian Drilling Company” (CDC) şirkətinin təhvil verilmiş "Satti” qaldırıcı üzən qazma qurğusunun modernləşdirilməsi bu ilin martında başlayacaq.
Bu barədə Trend-ə ölkənin neft-qaz bazarındakı mənbə bildirib.
Mənbə bildirib ki, hazırlıq işləri artıq başlayıb, modernləşdirmə işləri martın sonlarında başlayacaq.
Onun sözlərinə görə, qazma qurğusunun modernləşdirmə prosesi altı aya yaxın davam edəcək.
"Satti” qazma qurğusunun CDC-nin öhdəliyində qalması müddətlərindən danışan agentliyin müsahibi qeyd edib ki, bu müddət hələlik müəyyən edilməyib və layihələrin davamlılığından asılı olacaq.
Xatırladaq ki, Azərbaycanın "Caspian Drilling Company” və Qazaxıstanın "KMG Drilling & Service” şirkətləri "Satti” qaldırıcı üzən qazma qurğusunun öhdəliyə verilməsi barədə müqavilə imzalayıb.
banner

Oxşar Xəbərlər