• cümə, 19 Aprel, 14:08
  • Baku Bakı 25°C

Azərbaycan Qazaxıstan neftini Avropaya nəql etməyə hazırdır

10.12.14 12:01 923
Azərbaycan Qazaxıstan neftini Avropaya nəql etməyə hazırdır
Azərbaycan “Kaşaqan” yatağından hasil olunmuş nefti Avropa İttifaqına (Aİ) üzv olan ölkələrə nəql etməyə hazırdır.
“APA-Economics” xəbər verir ki, bunu Qazaxıstanın “KazTaq” İnformasiya agentliyinə müsahibəsində Azərbaycanın Qazaxıstandakı səfiri Zakir Həşimov deyib.
“Azərbaycan dost ölkələrə öz tranzit potensialını təqdim etməyə hazırdır. Qazaxıstan həmçinin maneəsiz olaraq hazırkı marşrutdan istifadə edir. Bu il Qazaxıstan neftinin Bakı-Tbilisi-Ceyhan neft kəməri ilə Avropaya nəqli bərpa edilib. Biz inanırıq ki, “Kaşaqan” yatağının işə salınmasından sonra Bakı-Tbilisi-Ceyhan neft kəməri ilə ixrac olunan Qazaxıstan neftinin həcmi artacaq”, - deyə Z. Həşimov bildirib.
Səfir əlavə edib ki, bu kəmərin nəqletmə gücü istənilən həcmdə Azərbaycan və Qazaxıstan neftinin tədarükünə imkan verir.
banner

Oxşar Xəbərlər