• cümə, 29 Mart, 12:26
  • Baku Bakı 14°C

Azərbaycan Qaz İxrac Edən Ölkələr Forumunun V Sammitində təmsil olunacaq

27.11.19 11:37 803
Azərbaycan Qaz İxrac Edən Ölkələr Forumunun V Sammitində təmsil olunacaq
Qaz İxrac Edən Ölkələr Forumunun (Gas Exporting Countries Forum-GECF) V Sammitində Azərbaycanı Energetika naziri təmsil edəcək.
Energetika NazirliyindənAZƏRTAC-a bildirilib ki, nazir Pərviz Şahbazov Qaz İxrac edən Ölkələr Forumunun tədbirlərində iştirak etmək məqsədilə Ekvatorial Qvineyaya səfər edib. Noyabrın 28-29-da Ekvatorial Qvineyanın paytaxtı Malaboda Qaz İxrac Edən Ölkələr Forumunun nazirlər görüşü, həmçinin dövlət və hökumət başçılarının V Sammiti keçiriləcək.
Sammitdə qlobal qaz bazarının mövcud vəziyyəti və perspektivlərinin, eləcə də qaz ixrac edən ölkələr arasında əməkdaşlığın inkişafı ilə bağlı məsələlərin müzakirəsi və Bəyannamənin imzalanması nəzərdə tutulur.

banner

Oxşar Xəbərlər