• çərşənbə axşamı, 23 aprel, 12:48
  • Baku Bakı 24°C

“Azərbaycan Qafqazda daha təsirli liderə çevrilir” - Amerikalı senator

11.12.13 10:33 1019
“Azərbaycan Qafqazda daha təsirli liderə çevrilir” - Amerikalı senator
APA-nın xəbərinə görə, bu barədə Missisipi ştatından olan senator Rocer Uiker “The Washington Times” qəzetindəki yazısında bildirib.
Senator xatırladıb ki, bu ayın sonunda Azərbaycan BMT Təhlükəsizlik Şurasının müvəqqəti üzvü qismində öz missiyasını tamamlayır: “Ölkənin Şərqi Avropa dövlətlərinin nümayəndəsi olaraq seçilməsi Azərbaycanın son iki onillikdə keçdiyi vacib transformasiyanı göstərir. Bu gün Azərbaycan Qafqaz regionunda getdikcə daha təsirli liderə çevrilir”.
R. Uiker qeyd edib ki, Azərbaycanın dünya siyasətindəki təsirinin tanınması iki ölkənin maraqları nəzərə alındıqda, ABŞ üçün xüsusən sərfəlidir. “Biz İranın nüvə məsələsi və Rusiya ilə bağlı narahatlıqları bölüşürük”, deyə yazan senator Azərbaycanı Xəzər regionunda ABŞ-ın stabil müttəfiqi adlandırıb: “Bir çoxları bu postsovet ölkəsində əlavə demokratik islahatların zəruriliyi fikrində həmrəydir, lakin sevindiricidir ki, Azərbaycan onilliklər boyu hökm sürmüş kommunist idarəçiliyindən iqtisadi inkişaf və azadlıq yoluna keçid edib”.
“The Washington Times” qəzetində konqresmen Cin Qrinin də məqaləsi dərc olunub. C. Qrin də Azərbaycanı ABŞ-ın vacib tərəfdaşı kimi dəyərləndirib: “Müsəlman əhalisi olan dünyəvi Azərbaycan radikal islam və terrorçuluq əleyhinə və azadlıq, demokratiya uğrunda mübarizənin ön xəttindədir. İslam terrorizminin yayılması Yaxın Şərq ölkələri və ABŞ üçün təhlükədir”.
C. Qrinin sözlərinə görə, Azərbaycan xüsusən 11 sentyabr hadisəsindən sonra terrorçuluqla mübarizədə özünü əla tərəfdaş kimi göstərib.
banner

Oxşar Xəbərlər