• cümə, 29 Mart, 17:40
  • Baku Bakı 14°C

Azərbaycan qadınların işçi qüvvəsində payına görə dünya reytinqində 20-ci yeri tutub

17.10.17 14:30 1186
Azərbaycan qadınların işçi qüvvəsində payına görə dünya reytinqində 20-ci yeri tutub
Dünya İqtisadi Forumu əmək bazarında gender balansı ilə bağlı dünya ölkələrinin reytinqini açıqlayıb. Azərbaycan qadınların işçi qüvvəsində payına görəreytinqdə 20-ci yeri tutub.
"Report” bu barədə Dünya İqtisadi Forumunun hesabatına istinadən xəbər verir.
Reytinqdə Mozambik 1-ci yeri tuturaq qadınların işçi qüvvəsində daha çox paya sahib olan ölkədir. Daha sonra siyahıda Ruanda və Burundi sıralanıb. Qeyd edək ki, reytinqdə Qazaxıstan (28), Rusiya (51), Ermənistan (82) və Gürcüstan (84) Azərbaycandan sonra yer alıb.
banner

Oxşar Xəbərlər