• çərşənbə axşamı, 16 aprel, 21:20
  • Baku Bakı 18°C

Azərbaycan Qadınları İlham Əliyevin prezidentliyə namizədliyini dəstəklədilər

14.06.13 09:21 1651
Azərbaycan Qadınları İlham Əliyevin prezidentliyə namizədliyini dəstəklədilər
Azərbaycan Qadınlarının IV Qurultayında bu il keçiriləcək prezident seçkilərində qadınların prezident İlham Əliyevi dəstəkləyəcəyi açıqlanıb.
APA-nın xəbərinə görə, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Hicran Hüseynova Azərbaycan Qadınlarının IV Qurultayında çıxışı zamanı deyib ki, Azərbaycanın bütün bölgələrindən qadınların ünvanladığı çoxsaylı müraciətdə qarşıdan gələn seçkilərdə onların fəal iştirakının vacibliyi vurğulanır.
Onun sözlərinə görə, buna görə də əsas vəzifələrindən biri seçicilərinin yarıdan çoxunu təşkil edən qadınlarımızın fəal iştirakına və düzgün seçim etmələrinə nail olmaqdan ibarətdir: “İyunun 7-də keçirilən Yeni Azərbaycan Partiyasının V Qurultayının əsas şüarı “Güclü lider - Güclü Azərbaycan” olub. Biz qadınlar özümüzə sual verməliyik - biz hansı ölkədə, dövlətdə yaşamaq istəyirik? Əlbəttə ki, müasir, dünyəvi, güclü, daim inkişaf edən, heç bir ailənin və ya vətəndaşın müraciətini diqqətdən kənarda saxlamayan bir dövlətdə. Belə bir dövləti isə ancaq güclü şəxsiyyət idarə edə bilər. Bizim belə bir güclü liderimiz var - bu, ölkə prezidenti İlham Əliyevdir. Əminik ki, bütün Azərbaycan qadınları düzgün seçim edəcək. Biz hamımız sabitliyə, dinamik inkişafa, inamlı gələcəyə səs verəcəyik! Biz hamımız Qarabağ münaqişəsinin həlli, Azərbaycanın beynəlxalq aləmdə mövqeyi və ölkənin iqtisadi inkişafının güclənməsi məqsədilə “İnkişaf naminə birlik“ devizi altında gələcək seçkilərdə cənab İlham Əliyevi dəstəkləyəcəyik“.
banner

Oxşar Xəbərlər